Bakıda atıcılıq üzrə 53-cü Dünya Çempionatı başladı

Bakıda atıcılıq üzrə 53-cü Dünya Çempionatı başlayıb.

Bizim.Media xəbər verir ki, bu münasibətlə keçirilən mətbuat konfransında Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill, Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov media nümayəndələrini məlumatlandırıb.

Emin Cəfərov bildirib ki, mundialda 101 ölkə 108 atıcılıq federasiyası ilə təmsil olunacaq:

“Yarışda ümumilikdə 1239 idmançı mübarizə aparacaq. 55 növdə qaliblərin adına aydınlıq gələcək. Bunlardan 10-u stend, qalanı güllə atıcılığı üzrə olacaq. Hazırda müxtəlif ölkələrdən gəlmiş 700-ə yaxın nümayəndə var. Ümumilikdə 2000-dən çox şəxsin yarışda iştirakı gözlənilir. Filippin son anda çempionata qatılmaqdan imtina edib. Bu, onların daxili məsələsidir. Bizdən asılı məqam deyil. Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya məhz burada oynanılacaq. Ümumilikdə 48 lisenziya olacaq. Mundial atıcılıq idmanı üçün xüsusi bayram olacaq”.

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill turnirin əhəmiyyətindən söz açıb:

“Bakıdakı yarış təkcə Azərbaycan yox, həm də dünya idmanı üçün vacib hadisədir. Bu, idmançılar üçün də vacibdir”.

Baş katib dünya çempionatında yarışlarda qayda dəyişikliyi olmayacağını da bildirib:

“Format əvvəlki kimi qalır. Tokio Olimpiadası ilə müqayisədə hər hansı yeni qayda tətbiq olunmayacaq. Atletlər onları nələrin gözlədiyini bilirlər. Hər şey əvvəlki qaydada keçiriləcək. Heç kiçik dəyişiklik də etməmişik”.

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi media nümayəndələrinin Ermənistan idmançılarının da yarışda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb:

“Biz idmanla məşğuluq. Siyasətə qarışmaq istəmirik. Təşkilat Komitəsi bütün ölkələrə və idmançılara eyni təminatı verib. Ermənistan isə bir az artıq təminat istəyirdi. Mən neçə ildir bu ölkəyə gəlirəm, yarışlar təşkil edirik və heç vaxt burada problemlə üzləşməmişik. Ermənistan tərəfi üçün hər zaman qapılarımızı açıq saxlayırıq. Gəlib iştirak edə bilərlər. Təşkilat Komitəsi hamı üçün eyni şəraiti yaradıb”.

Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova isə Bakı mundialında iştirak edəcək Azərbaycan yığması barədə məlumat verib:

“31 idmançımız turnirdə mübarizə aparacaq. Son yarışlarda gənclərimiz çox yaxşı nəticələr göstəriblər. Təcrübəli atıcılarımız da olacaq. İdmançılarımız bütün növlərdə çıxış edəcəklər. Hamısı hazırlaşır, istəyirlər ki, yaxşı nəticə qazansınlar. Hamı kimi, onlar da birinci olmaq arzusundadırlar. Məşqlər üçün hər cür şərait yaradılıb. İnanırıq ki, bacarıqlarını göstərəcəklər”.

Qeyd edək ki, atıcılıq üzrə 53-cü Dünya Çempionatının rəsmi açılış mərasimi bu gün saat 17:30-da Bakı Kristal Zalında başlayacaq. Açılış mərasimi “İdman TV” televiziya kanalı və Beynəlxalq Atıcılıq İdman Federasiyasının saytında canlı yayımlanacaq.

Bakı Atıcılıq Mərkəzində keçiriləcək yarış sentyabrın 1-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO

Ağıllı eynəkləri qadağan edirlər

Ağıllı eynəkləri qadağan edirlər

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

“Dünyada orta ömür uzunluğu 73, Azərbaycanda 77-dir”

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Şahbaz Şərif: “İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq” - FOTO

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünyada dizel yanacağı UCUZLAŞACAQ

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab

Yeni təyin olunan hakim şəhid qardaşıdır

Yeni təyin olunan hakim şəhid qardaşıdır

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

“Burada bir ananın sonsuz xoşbəxtliyi var“

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Roberto Karlos, Tiaqo Silva və Felipe Melonun diplomları saxta çıxdı

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Pensiya kapitallarında baş vermiş dəyişikliyin səbəbi AÇIQLANDI – RƏSMİ

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

End of content

No more pages to load

RADİO