“Qarabağ” “Rakuv”u niyə KEÇƏ BİLMƏDİ? – Qapıçı səhvləri, heyətin zəifləməsi, YOXSA...

“Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırması ölkədə gündəm mövzulardan birinə çevrilib. Dünənki oyundan sonra uşaqdan böyüyə qədər hamı “Qarabağ”-“Rakuv” oyunundan sonra Ağdam klubunun rəqibini keçə bilməməsindən danışır,  gah baş məşqçi Qurban Qurbanovu,  gah da klub rəhbərliyini günahkar sayır, yeni oyunçuların aınmamasından şikayətlənirlər.

Düzdür, “Qarabağ” “Rakuv”dan həm güclü, həm də daha təcrübəli idi. Və bəlkə də, çempionun uzun ilər Avropa meydanlarında at oynatması, azarkeşlərə toxunur ki, onlar da haqlı olaraq narazılıqlarını ifadə edirlər.

Ancaq məsələyə kənardan baxanda hər şey bəlkə də asan görünə bilər. “Qarabağ” son illər Azərbaycan futbolunun başını uca edən klubdur. 

Çempionlar Liqasının qrupunda oynayan yeganə təmsilçimiz, həmçinin artıq son 9 il ardıcıl olaraq Avrokubokların qrup mərhələsində çıxış edən bir kollektivdir. Aydındır ki, hər bir sahədə eniş olur və bu futboldan da yan keçmir. 

Heyətdə boşluqlar var, əvvəlki liderlər yoxdur

Bu gün “Qarabağ”da müəyyən problemlər varsa, daha bu o demək deyil ki, komanda ümumiyyətlə zəifdir. Bəli, “Qarabağ” yaxşı oynamadı, heyətində boşluqlar var idi, xüsusilə də yarımüdafiədə Kadidən sonra yaradıcı futbolçunun olmaması, həmçinin hücum xəttində qol duyumu güclü olan forvardın yoxluğu hiss olunur. 

Hətta əvvəlki illərdən fərqli olaraq heyətdə sırf lider oyunçu da yoxdur. Çünki vaxtilə bu funksiyanı Rəşad Sadıqov, sonralar Qara Qarayev yerinə yetirirdi, indi həmin oyunçular da komandanı tərk edib. Tək Maksim Medvedev qalıb ki, o da heyətə düşə bilmir. Üstəlik hələ Şahruddin Məhəmmədəliyevin səhvləri də artıq qlobal məsələyə çevrilib. 

Göründüyü kimi problemlər kifayət qədərdir və həlllini gözləyir. 

Və bunların həll olunması həm Qurban Qurbanovdan, həm rəhbərlikdən, həm də elə oyunçuların özlərindən asıldır. Amma yenə də “Qarabağ” zəif deyil. Komandanın öz oyun sistemi və fəlsəfəsi var.

Bir “Rakuv”a uduzubsa, sadaladıqlarımız uğurların üzərindən xətt çəkərək komandanı yeri gəldi-gəlmədi tənqid obyektinə çevirmək də düzgün deyil (Hansıki sosial şəbəkələr bu mənada daha fəaldır). 

Bəs, görəsən “Qarabağ” “Rakuv”u niyə keçə bilmədi və uğursuzluğun səbəbi nədir? 

Bizim.Media bu sualla peşəkarlara müraciət edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO 


“Qarabağ” müdafiədə ciddi səhvlərə yol verdi

Azərbaycanın ən tanınmış futbol məşqçilərindən biri, şöhrət ordenli Ağasəlim Mircavadov Ağdam klubunun oyun planında bəzi səhvlərə yol verdiyini deyib:

“Qarabağ” müdafiədə ciddi səhvlərə yol verdi. Həm Polşada, həm Bakıdakı oyunda qapısından qollar buraxdı. İkincisi “Rakuv” “Qarabağ”ın oyununu çox yaxşı analiz etmişdi.

Fikir verdinizsə, onlar ilk oyunda etdiyi səhvləri ikinci oyunda təkrarlamırdılar. Bir də ki, seçdikləri oyun üslubu düzgün idi. Onlar yaxşı bilirdilər ki, “Qarabağ”la açıq futbol oynayasalar uduzacaqlar. 

İnanın mənə, hətta Polşada heç-heçə olsaydı belə, “Rakuv” yenə Bakıda açıq futbol oynamayacaqdı. Müdafiədə çox ağıllı oynayır, cinahları qoruyurdular, hara gəldi topu çıxarmırdılar, çalışırdılar ki, əks hücum qursunlar və həmin hücumlardan biri də qolla nəticələndi. 

“Qarabağ”ın heyətində boşluqlar var. Ən əsası komandaya yaxşı qol vuran bir hücumçu lazımdır. Çünki Azərbaycan çempionatında hazırkı imklanlarla oynaya bilərsən, amma Avrokubolar başqa səviyyədi.
Burada heyət geniş olmalıdır. Ağdam klubunun çoxsaylı qol vəziyyətlərini boşa verməsi də keyfiyyətli forvardın olmaması ilə əlaqədardır”.

Vaxtilə “Qarabağ”da çalışmış Mircavadov “Qarabağ”ın əvvəlki illərlə müqayisədə zəifləməsi fikri ilə razı deyil və klubun Avropa Liqasında uğurlu çıxışına inanır: 

“Mən deməzdim “Qarabağ” zəifləyib. Düzdür, bəzi əsas oyunçular gedib. Misal üçün Kadinin boşluğunu hələ də doldura bilmirlər. Amma əvəzində Zubir, Andrade, Medina, Yankoviç kimi legionerlər, Elvin Cəfərquliyev, Toral Bayramov, kimi yerli oyunçuları var.

Bu komandada sistem var. Neçə ildir həmin sistemi qoruyub saxlaya bilirlər. Ona görə də, hesab edirəm ki, “Qarabağ” Çempionlar Liqasında olmasa belə, Avroliqada qrup mərhələsinə düşə biləcək”.

“Rakuv”la oyunlarda uğursuzluq sırf Şahruddinlə bağlı deyil

Qol.az saytının baş redaktoru Aydın Bağırov “Qarabağ”ın “Rakuv”u keçə bilməməsini faciəyə çevirməyin düzgün olmadığını düşünür: 

“Qarabağ”ın “Rakuv”u keçə bilməməsini şişirtmək düzgün deyil. Komanda ən azından Avropa Liqasında mübarizəni davam etdirəcək. İnanıram ki, buraxılan səhvlərlə bağlı məşqçilər heyəti ölçü götürəcək, hər şeyi saf-çürük edəcəklər. “Rakuv”la oyunlarda uğursuzluq sırf Şahruddinlə bağlı deyil. Heyətdə müəyyən problemlər var.

Xüsusən Kadinin gedişindən sonra həmin mövqedə oynayan Benzia hələ ümidləri doğrultmur. Üstəlik, Marko Veşoviçin olmaması da öz sözünü dedi. Cinahlarda, orta xəttə ciddi problemlər var idi. “Qarabağ” yaradıcı oyun göstərə bilmirdi. 

Amma bu hər bir klubda ola biləcək şeylərdir. Yəni “Qarabağ” hər dəfə Çempionlar Liqasının qrupunda oynamalı və yaxud play-off-a qədər gəlməlidir deyə bir məcburiyyət də yoxdur.

Rəhbərlik və məşqçilər heyəti yaxşı oyunçuların alınması üçün çalışır, ancaq bir çox oyunçuların ölkəmizə gəlmək istəməməsi də ciddi problemdir. Düşünürəm ki, hələ heç nə itirilməyib və “Qarabağ” həmişə olduğu kimi bu mövsüm də Avrokuboklarda oynayacaq”.

Hücum xətti zəif təsir bağışladı

Keçmiş futbolçu, hazırda futbol meneceri kimi fəaliyyət göstərən Ceyhun Sultanov isə “Qarabağ”ın “Rakuv”un keçə bilməməsini bəzi mövqelərin, xüsusilə hücum xəttinin yetərsiz olması ilə əlaqələndirib: 

“Mən oyundan öncə də demişdim ki, “Qarabağ”ın hücum xətti “Rakuv”un güclü müdafiəsini yara bilsə mərhələni keçəcək. Amma bu baş vermədi. Çünki hücum xətti zəif təsir bağışladı. Xüsuslə Leandro Andradenin passiv olması, Zubirin lazımı qədər effektli olmaması, Cicanın hücum xəttində hərəkətli olmasına rəğmən bəzi mübarizələri uduzması nəticəyə birbaşa təsir göstərdi.

Düzdür, hamı Şahruddinin səhvlərinə görə “Qarabağ”ın “Rakuv”un keçə bilmədiyini düşünür, amma mən belə düşünmürəm. Əgər ilk oyunda belə səhvlər var idisə, onu sığortalamaq olardı”.

Heyətin dəyişməsi ciddi problemlər yaradır

Futbol şərhçisi Siyavuş Əliyev isə “Qarabağ”ın uğursuzluğunu heyətin əvvəlki illərlə müqayisədə xeyli dəyişməsində, hətta zəifləməsində görür: 

“Bu il bəlkə də “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi üçün ən yaxşı fürsətlərdən biri idi. Çünki püşkatma torbasına fikir versək, rəqiblərin hamısı münasib idi. Ancaq “Qarabağ” bu fürsəti əldən verdi. Komandada heyətin dəyişməsi ciddi problemlər yaradır.

Avrokuboklarda bu daha çox özünü göstərir. Milli ruhun olmaması da müəyyən qədər təsir edir. Misal üçün əvvəllər Rəşad Sadıqov kimi xarizmatik bir futbolçu komandanı öz arxasınca aparırdı.
Ondan sonra Qara Qarayev və Maksim Medvedev estafeti ələ almışdılar. Amma indi Rəşad karyerasını bitirib, Qara isə komandanı tərk edib. Maksim isə heyətə düşmür. 

Legionerlər biz bilirik ki, muzdlu işçilərdir. Gəlib pullarını qazanıb, çıxıb gedirlər. Ona görə də lider oyunçunun olmaması da təsirini göstərir. “Rakuv”u şişirtmək lazım deyil. Onlar öz oyunlarını oynadılar. Neçə illərdir ki, eyni halın şahidi oluruq.

“Qarabağı”ı yaxşı öyrənən məşqçi komandamıza çətinlik yaradır. “Viktoriya Plzen”in timsalında bunu gördük. İndi də eyni şeyi “Rakuv” etdi. “Qarabağ” yaxşı və texnikalı oynamağı bacarır, amma təəssüf ki, bu oyunu göstərə bilmədi və nəticədə Çempionlar Liqasından kənarda qaldı”.

Rəşad Rafiqoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Rusiyaya qarşı tarixin ən böyük sanksiyalar paketi təsdiqlənəcək

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Kiyevə atılan ballistik raket Azərbaycan restoranını hədəf aldı – FOTO

Dördüncü arvadından da boşandı

Dördüncü arvadından da boşandı

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Bağlanan kolleclərin məzunları universitetə qəbul ola biləcəklər?

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Nofəl Əsədov yüksək vəzifəyə təyin olunub

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

End of content

No more pages to load

RADİO