Üç güləşçimiz Avropa çempionatının finalına çıxıb

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçilər çıxış edib.  

Mübarizəyə 1/4 finaldan qoşulan Elmir Əliyev (60 kq) türkiyəli Mərt İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb – 6:5. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib – 7:1. Elmir finalda israilli Melkamu Fetene ilə qarşılaşacaq.  
Həsən Məmmədli (67 kq) debütdə israilli Mixail Portmanna heç bir şans tanımayıb – 10:1. Güləşçimiz 1/4 finalda türkiyəli Mustafa Yıldırıma məğlub olub – 2:4. Ancaq rəqib finala yüksəldiyi üçün Həsən bürünc medal uğrunda güləşəcək. Rəqib bolqarıstanlı İvo İliyev olacaq. 

Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb – 8:0. Qurbanov 1/8 finalda rumıniyalı İqor Botezdən güclü olub – 6:0. Qurban 1/4 finalda finlandiyalı Coni Komppaya qalib gəlib – 4:1. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib.

Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevlə üz-üzə gələcək. 

İsmayıl Rzayev (82 kq) 1/8 finalda Norveç təmsilçisi Eksaus Mukubuya uduzub – 0:9. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz bürünc medal uğrunda mübarizəni davam etdirmək şansı əldə edib. Rzayev təsəlliverici görüşdə polşalı Adam Qardziola ilə qarşılaşacaq.  

Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib – 7:2. Pəhləvanımız 1/4 finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib – 5:2. Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi 7:4 hesabıyla üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub.  
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri martın 15-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Vətən müharibəsi XRONİKASI - Ermənistanın Hadrut yalanı necə üzə çıxdı? - VİDEO

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Bakının 2 rayonunda İŞIQ OLMAYACAQ

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Bakıda ət niyə baha satılır? - VİDEO

Bakıda ət niyə baha satılır? - VİDEO

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO