“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komandanın ümumi qrupunda tam məşq edir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, isveçli forvard A seriyasının növbəti turunda fevralın 10-da "Torino" ilə keçiriləcək oyunda meydana çıxa bilər.
Qeyd edək ki, İbrahimoviç ötən ilin may ayında dizindən əməliyyat olunub, bundan sonra reabilitasiya prosesi keçib.
O, ötən mövsüm "rossonerilər"in heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizim.Media