Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı tənzimlənəcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və “Aviasiya haqqında” qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə görə, kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinə iş vaxtının və istirahət vaxtının tənzimlənməsi ilə bağlı müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Əmək Məcəlləsinin müvafiq normaları şamil ediləcək.

 

Bundan əlavə, “Aviasiya haqqında” Qanuna “uçuş iş vaxtı” anlayışı daxil edilir. Uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtdan başlayaraq son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddəti əhatə edəcək.


Qanuna təklif olunan yeni 27-1-ci maddə ilə kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtının tənzimlənməsi nəzərdə tutulur.

Belə ki, bu sahədə iş və istirahət vaxtı “Aviasiya haqqında” Qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müəyyən ediləcək qaydalara uyğun olaraq tənzimlənəcək.

Qeyd olunur ki, qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə müəyyən ediləcək.

Layihəyə əsasən, hava gəmisi heyətinin iş vaxtı istənilən 7, 14 və 28 ardıcıl gün, eləcə də bir təqvim ili ərzində maksimal iş saatları əsasında müəyyənləşdiriləcək.

Eyni zamanda, heyətin uçuş vaxtı da ayrıca məhdudlaşdırılacaq. Bu müddət istənilən 28 ardıcıl gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı ərzində maksimal uçuş saatları əsasında müəyyən ediləcək.

Dəyişikliklərin məqsədi kommersiya hava daşımalarında çalışan hava gəmisi heyətinin iş və istirahət vaxtının beynəlxalq aviasiya standartlarına uyğun şəkildə tənzimlənməsini təmin etməkdir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Nazirlər Kabinetindən sudan ödənişli istifadə ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən sudan ödənişli istifadə ilə bağlı QƏRAR

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post

Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post

Azərbaycan Prezidenti: “Laos bizim üçün dost ölkədir”

Azərbaycan Prezidenti: “Laos bizim üçün dost ölkədir”

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

Qırğızıstanla mühüm sazişlər TƏSDİQLƏNDİ

Qırğızıstanla mühüm sazişlər TƏSDİQLƏNDİ

Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı

Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı

End of content

No more pages to load

RADİO