Sənaye sektorunda bu ilin yanvar-sentyabr aylarında 51,2 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz az sənaye məhsulu istehsal edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, emal sənayesində cari ilin yanvar-sentyabr aylarında 16 milyard 982,9 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal sənayesində bu ilin yanvar-sentyabr aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+76,8 faiz), əczaçılıq məhsullarının istehsalı (+60,4 faiz), toxuculuq sənayesi (+47,6 faiz), tütün məmulatlarının istehsalı (+16 faiz), kağız və karton istehsalı (+14,5 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (+8,5 faiz), elektrik avadanlıqlarının istehsalı (+8 faiz), tikinti materiallarının istehsalı (+7,1 faiz), qida məhsullarının istehsalı (+6,4 faiz), metallurgiya sənayesi (+6,1 faiz) sahələrində olub.
Bizim.Media