Rusiya Silahlı Qüvvələri Ukraynanın Rivne şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisələrindən birinin binasına raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rivne Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Koval yayıb.
Onun sözlərinə görə, düşmən zərbəsi nəticəsində təhsil müəssisəsinin binasına ciddi ziyan dəyib və böyük dağıntılar baş verib.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Hazırda yaralıların və zərərçəkənlərin dəqiq sayı dəqiqləşdirilir, ərazidə xilasetmə və fəsadların aradan qaldırılması işləri aparılır.
Bizim.Media