İki boksçumuz “Qızıl kəmər” seriyasının yarımfinalında

Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində keçirilən turnirdə 1/4 final döyüşləri davam edir. 

Bizim.Media xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

67 kq çəkidə mübarizə aparan Nəbi İsgəndərov ardıcıl ikinci görüşünü də xeyrinə bitirib.

Avropa çempionatının mükafatçısı Atomani Baroufun (Komor adaları) ardınca gücünü Selbi Dlamini Tabisoya (Esvatini) göstərib. Təmsilçimiz yenə 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesablı qələbə sayəsində mərhələ adlayıb.

İsgəndərov yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, üçüncü döyüşündə Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək.

Sərxan Əliyev də inamlı çıxışını davam etdirib. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının bürünc medalçısı Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) məğlub edib. 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbə Əliyevi yarımfinala yüksəldib. O, bununla ən azı özü üçün bürünc medalı təmin edib.

Sərxan finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq.

Digər boksçularımız da Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından təmsilçilərimiz 5-ci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb.
Qeyd edək ki, yarışın 5-ci günündə 1/4 final mərhələsində daha 3 boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Nazirlər Kabinetindən sudan ödənişli istifadə ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən sudan ödənişli istifadə ilə bağlı QƏRAR

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post

Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post

Azərbaycan Prezidenti: “Laos bizim üçün dost ölkədir”

Azərbaycan Prezidenti: “Laos bizim üçün dost ölkədir”

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

End of content

No more pages to load

RADİO