Bakıda “Vugar Gashimov Memorial-2022”nin təntənəli bağlanış MƏRASİMİ KEÇİRİLDİ - FOTO 

Dekabrın 23-də Bakıda beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan səkkizinci superturnirin təntənəli bağlanış mərasimi olub. 

Bizim.Media Memorialın mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin direktoru Anar Allahverdiyev yarışın gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını deyib.

Təmiz və ədalətli oyun nümayiş etdirdikləri üçün iştirakçılara minnətdarlığımı bildirən A.Allahverdiyev Vüqar Həşimovun ədalətlilik prinsipinə sadiq olduğunu və rəqibə hörmətlə yanaşdığını vurğulayıb:

““Vüqar Həşimov Memorialı-2022” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq. Turnir səmimi və mehriban şəraitdə keçdi. Buna görə iştirakçılara və hakimlərə təşəkkürümü bildirirəm”. 

Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran A.Allahverdiyev deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir”. 

Sonra memorialdan bəhs edən videoçarx nümayiş olunub. 

Daha sonra turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın nəticələrini açıqlayıb. 

Sonda Vüqarın atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov turnirin kubokunu

Özbəkistan şahmatçısı Nodirbek Abdusattorova təqdim edib. 

Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub. 

Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov turnirin ənənə halı almasında dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını diqqətə çatdırıb, iştirakçılara uğurlar arzulayıb, turniri bağlı elan edib. 

Turnirdə 25,5 xalla özbəkistanlı Nodirbek Abdusattorov birinci olub. Hesablarında 20,5 xal olan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov ilk üçlükdə yer alıblar. 

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

"Sabah" - “Slaviya Praqa” oyununda ilk hissə YEKUNLAŞDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Kreml Yaponiyanı düşmən addımlardan əl çəkməyə ÇAĞIRDI

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Valideynlərin DİQQƏTİNƏ: TikTok-dakı bu trend uşaqlar üçün təhlükəlidir

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Cəbrayılda iş axtaranların NƏZƏRİNƏ: Əmək yarmarkası keçiriləcək

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtında neft anbarına zərbələr endirdi

End of content

No more pages to load

RADİO