Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstuksiyaları 90 kv.m sahədə yanıb.
Moderator.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki,evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.