Ermənistanın Lori vilayətində həmkəndlilər arasında atışma olub.
Moderator.az Trend-ə istinadən xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumatda hadisə nəticəsində 7 nəfərin yaralandığı bildirilir.xa0
Xəsarət alanlardan 3-ü qardaşdır. Qeyd olunur ki, atışma iki ailə arasında məişət zəminində baş verib.
Hadisənin təfərrüatları araşdırılır.