“Talış yüksəkliyini iyirmi beş dəqiqəyə azad etdik...” - Aprel döyüşçüsü...

Şanlı aprel döyüşlərimiz zamanı ordumuz dörd günlük müharibədə düşməni çox ağır itkilər verməyə məcbur etdi. Həmin döyüşdə ordumuz üçün əhəmiyyət kəsb edən “Lələ təpə”, “Nərgiz təpə” və “Talış yüksəkliyi” kimi əlverişli yüksəkliklər işğaldan azad edildi.xa0

Aprel döyüşlərində qəhrəmanlıq göstərərək ağır yaralanan döyüşçülərimizdən biri də gizir İsmət Mehman oğlu Məmmədovdur.xa0

Beləliklə, Moderator.az aprel döyüşləri ilə bağlı növbəti yazını təqdim edir.xa0

İsmətlə görüşmək üçün Cəlilabad rayonuna yollandıq. O, 1993-cü ildə rayonun Sabirabad kəndindən anadan olub. İndi aldığı güllə yaralarından əziyyət çəkən hərbçimiz yenə də sabah döyüşlər başlayarsa, yenidən müharibəyə qayıtmağa hazır olduğunu deyir:
“Daha sonra ordu sıralarında kəşfiyyat bölüyünün giziri kimi...”

“1993-cü ildə anadan olmuşam. Ailədə iki qardaş və bir bacıyıq. Hərbçi olmağa uşaqlıqdan həvəsim var idi, çünki əmim Zaur Məmmədov zabitdir, Qarabağ döyüşçüsüdür. İndi orduda olduqları üçün adlarını çəkmədiyim bir çox qohumlarım var. 2010-cu ildə 1 saylı kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidmətə Qazax rayonun Kəmərli kəndində N saylı hərbi hissədə kiçik çavuş kimi xidmətə başladım. 2012-ci ilin aprel ayından oktyabr ayına kimi Qaraheybətdə Təlim Tədris Mərkəzində gizirlik məktəbini oxudum. Daha sonra ordu sıralarında kəşfiyyat bölüyünün giziri kimi xidmətə başladım”.

“Müraciət etdim ki, məni cəbhə bölgəsinə göndərin...”
“Gizir kimi xidmət etmək üçün Lənkəran şəhərində yerləşən Milli Ordumuzda xidmət etməyə yollansam da, cəbhə bölgəsində xidmət etmək üçün komandanlığa müraciət etdim. Məqsədim cəbhə bölgəsində xidmət edərək düşməndən qisas almaq idi. Rəhbərlikxa0 müraciətimi anlayışla qarşıladı və Tərtərin Tapqaraqoyunlu kəndinə yollandım. 2013-cü ildə müdafiə naziri general-polkovnik Zakir Həsənov göstərdiyim xidmətlərə görə məni təltif etdi. Həmin vaxtı cənab nazir mənə qol saatı da hədiyyə etdi”.xa0

“Aprel döyüşlərində Talış yüksəkliyini düşməndən azad etdik...”

“2016-c il aprel döyüşləri zamanı gecə saatların Talış kəndi istiqamətində əks hücuma keçdik. Təxminən iyirmi beş dəqiqəyə Talış yüksəkliyini düşməndən azad etdik. Talış kəndində də əməliyyat keçirdik. Aprelin 2-də rayonumuzun Məlikqasımlı kəndindən olan əsgərim Röyal Nəsirov ağır yaralandı. Onu döyüş bölgəsindən kənara çıxardım, amma artıq gec idi, o, qollarımın arasında şəhid oldu”.
“Qayıdıb o biri yaralı hərbçilərimizi də döyüş meydanından çıxaranda...”

“Aprelin 4-də gizir Səfər Şiriyev, leytenant Valeh Əhmədov və leytenant Valeh Səfərov ağır yaralandılar. Vaxt itirmədən zabitləri döyüş meydanından çıxardım. Geri qayıdıb gizir Səfər Şiriyevin arxasınca gəlib onu döyüş meydanından çıxaranda məni də vurdular və iki yerdən güllə yarası aldım, amma buna baxmayaraq yaralanmış giziri ərazidən çıxara bildim. Sonra özüm də huşumu itirdim”.

“Gözlərimi açanda gördüm ki...”

“Gözlərimi açanda gördüm ki, Naftalanda xəstəxanadayam. Orda əməliyyat olundum. Sonra məni Bakıya “Semaşko” xəstəxanasına gətirdilər. Ordan da “Papanin” xəstəxanasına gətirdilər. Səkkiz dəfə əməliyyat olundum. Mədə, yoğun bağırsaq, ağ ciyər, qara ciyər, dalaq və başqa yerlərim güllə zədəsi almışdı”.

“Əgər sabah müharibə başlayarsa...”xa0

“İndi müalicələrimi davam etdirirəm. Dövlətimiz və insanlarımız biz döyüşçüləri həmişə diqqətdə saxlayır. İkinci qrup əliləm. “İgidliyə görə” medalı ilə təltif edildim. Amma bütün bunlara baxmayaraq sabah döyüşlər başlayarsa, mən yenə də döyüşlərə qatılmağa hazıram. İşğaldan azad etdiyimiz Talış yüksəkliyi ordumuz üçün çox əlverişli yüksəklikdir. Oradan Kəlbəcərə, Laçına gedən yollara nəzarət etmək olur”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

End of content

No more pages to load

RADİO