Sabirabad rayonunda “Jeep” markalı maşın su kanalına düşüb.
Bu haqda məlumatı FHN yayıb. Xəbərə görə, hadisə rayonun Həşimxanlı kəndində baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Avtomobillə birlikdə kanala düşən sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlu həlak olub. Xilasedicilər onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.xa0