2005-ci ildə həyata keçirilən "Qara kəmər" əməliyyatının 11 ili tamam oldu.xa0
Tanınmış ekspert, yüksək çinli keçmiş MTN zabiti İlham İsmayıl bu münasibətlə ümumiyyətlə dünyanın ünlü xüsusi xidmət orqanları tarixində həyta keçirilmiş ən məşhur uğurlu və uğursuz əməliyyatlar barədə Moderator.az oxucularına maraqlı bir yazı göndərib:
"Dünya xüsusi xidmət orqanlarının tarixi məşhur əməliyyatlarla zəngindir. Anında məxfi saxlanılan bu əməliyyatlar zaman keçdikcə dünyaya bəlli edilmiş, kitablar yazılmış, filmlər çəkilmiş, tarixin bir parçasına çevrilmişlər. Xüsusi xidmət orqanların keçirdikləri əməliyyatlar əsasən üç qrupa bölünür: hərbi, siyasi, iqtisadi. Daha sonra kriminal xarakter daşıyan əməliyyatlar gəlir ki, bunun da başında girovların azad edilməsi, qatı cinayətkarların ələ keçirilməsi, aradan götürülməsi və sair. Təsnifatı artırmaq olar, amma artıq bu xüsusi xidmət orqanlarının fəaliyyətindən çox xa0polisin, digər hüquq - mühafizə orqanlarının səlahiyyətinə aiddir.xa0
Dünya çapında həyata keçirilən məşhur əməliyyatlar daha çox 19-cu əsrin sonu, iyirminci əsr və çağdaş əsrimizlə bağlıdır. KQB-nin, Mossad-ın, ABŞ, İngiltərə, Fransa, Almaniya kimi dövlətlərin keçirdikləri xüsusi əməliyyatlardan cildlərlə kitab yazılmış, filmlər çəkilmişdir. ÇK-nın keçirdiyi "Sindikat-2", "İflas", Trotskinin öldürülməsi üçün "Ustranenie" xa0yaşadığımız sovet dövründən bizə məlumdur. MOSSAD-ın "Eyhmanın gətirilməsi", "Enibet"- Uqandada girov götürülmüş təyyarənin sərnişinləriylə birlikdə azad edilməsi əməliyyatı, "Mivtcax Yevlaxim" tərəfindən xa0Münhen olimpiadasında İsrail idmançılarının qətlə yetirən terrorçuların bir-bir məhv edilməsi, ABŞ xüsusi xidmət orqanlarının xa0Ben Ladeni məhv etmək üçün keçirdiyi əməliyyatlar beynəlxalq ictimaiyyətin, o cümlədən Azərbaycan vətəndaşlarının bildiyi əməliyyatlardır.
Azərbaycan xüsusi xidmət orqanları da tarixi boyu çoxsaylı əməliyyatlar həyata keçirib. Bu əməliyatların miqyası və əhəmiyyəti zamanı üçün vacib sayılsa da, tarixi xa0və beynəlxalq rolu azdır. Bu gün vətəndaşlar arasında sorğu aparılsa xa0ki, bizim xüsusi xidmət orqanının hansı əməliyyatı barədə məlumatınız var? Yəqin ki,"Qara kəmər" əməliyyatını deyəcəklər. Girov götürülmüş bir qadının azad edilməsinə, nəticədə həm də xa0cinayətkar dəstənin çoxsaylı cinayətlərinin də üstünün açılmasına səbəb olmuş bu əməliyyat 11 il əvvəl cəmiyyətdə ciddi təsir yaratmışdı.xa0
"Qara kəmər" polis tərəfindən hazırlansa da son anda Hacı Məmmədovun sağ ələ keçirilməsi üçün MTN tərəfindən həyata keçirilmişdi. Bu əməliyyat sovet dövründən fərqli olaraq mətbuat vasitəsilə əhaliyə çatdırılmış və uzun müddət diqqət mərkəzində olmuşdur. Keçmiş MTN naziri "Qara kəmər"i xa0özünün benrfisinə çevirərək, reklam etməklə xa0kitab yazdırmış, rəqiblərinə qarşı istifadə etmişdir. Yeri gəlmişkən, bu sənədli kitabla ( müəllif Vəkil Şükürov) tanış olanda aydın olur ki, ortada fövqəladə bir dedektivlik, peşəkarlıq yoxdur. Zaman keçdikcə əməliyatın gizli,qanunsuz tərəfləri də üzə çıxmış və həbsdə olan Hacı Məmmədovun artıq başqa ifadələr verməyə hazırlaşdığı barədə məlumatlar tez-tez mətbuata sızdırılır. Hacı Məmmədov xa0bu gün xa0yalnız bir girovun təşkilatçısını düz demədiyini söyləyirsə, şübhə etməyin ki, bəzi qurbanlarının əsil sifarişçilərini də nə vaxtsa açıb deyəcək.., təbii ömür vəfa etsə. xa0 xa0xa0
Azərbaycan xüsusi xidmət orqanlarının 1991-ci ilin aprel-may aylarında həyata keçirdiyi "Koltso" əməliyyatı ( hərbi əməliyat kateqoriyasına aiddir) Azərbaycan tarixində daha önəmli rol oynayıb və əhəmiyyəti hər zamana aiddir. Təəssüf ki, bəzi siyasi ambisiya və qısqanclıq xa0bu əməliyyatın tariximizdə oynadığı əhəmiyyətinin xa0ölkə vətəndaşlarına çatdırılmasına, hərbi-vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə imkan vermir. "Qara kəmər" və bu xa0tipli əməliyyatlar (Nardaran əməliyatı, Evrovijin terrorçuları) zaman keçdikcə əsil mahiyyətini xa0bəlli edəcək.
Qeyd edək ki, hər əməliyyat da uğurla başa çatmır və bəzən bütöv bir xalqın xa0tarixində mənfi rol oynayır. 1993-cü ilin 4 iyununda hazırlanmış "Tufan" əməliyyatı uğursuzluğa düçar olmuş, nəticədə Azərbaycan tarixi tamam başqa istiqamət almışdır xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Yuxarıda qeyd olunan məşhur əməliyyatlarla apardığımız müqayisələr, paralellər onu göstərir ki, hələ ölkəmizin xa0xüsusi xidmət orqanları xa0beynəlxalq miqyasa çatması üçün xeyli çalışmalıdır. Dağlıq Qarabağ ərazisində hər cür kəşfiyyat və diversiya əməliyyatları həyata keçirmək bir nömrəli vəzifə olmalıdır. Bunun üçün xüsusi təlim keçmiş dəstələr yaradılmalı, peşəkar diversiya -əməlyat tədbirləri həyata keçirilməlidir. "Qara kəmər" və bu tiplli əməliyatları (Nardaran əməliyatı, Evrovijin əməliyatı) olduğundan, göründüyündən artıq şişirtməkdənsə Qarabağda düşmənin gününü qara edən əməliyat-diversiyalar həyata keçirmək lazımdır. Belə əməliyyatları xalq özü böyüdəcək, birinin üstünə beşini qoyub danışacaq, xalqda ümid, düşməndə bizim torpaqlarda yaşamağa inamsızlıq yaranacaq".