Cənubi Sudanda qəzaya uğrayan təyyarənin bəzi təfərrüatları ortaya çıxıb.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, qəzaya uğrayan AN-12 təyyarəsinin ekipajı bütövlükdə erməni millətindən olan şəxslərdir.
Onlar təyyarənin komandiri Gevork Tovmasyan, ikinci pilot ”“ Samvel Ambarçumyan, bort mühəndisi - Samvel Mıkırtıçyan, aviatexnik - Armen Antonyan və ikinci aviatexnik Suren Petrosyandır. Ölən ermənilərin cəsədləri bu günlərdə Ermənsitana gətiriləcək. Onların cəsədlərini Ermənistana təyyarəni icarəyə götürən Sudanın Allied Service Limite şirkəti həyata keçirəcək.
Təyyarə Asia Airways kodu altında uçuşlar həyata keçirib və Birləşmiş Ərəb Əmirliyində qeydə alınan şirkətin sifarişlərini həyata keçirib.
Tacikistanın Nəqliyyat Nazirliyi bəyan edib ki, Cənubi Sudanda qəzaya uğrayan An-12 təyyarəsi erməni aviaşirkəti olan Ala International LTD-ə məxsusdur. Bu təyyarə əvvəllər həqiqətən də Tacikstanın Asia Airways aviaşirkətinin qeydiyyatında olub. Ancaq sonradan təyyarəni erməni aviaşirkəti alıb.