Fransa və İspaniyada davam edən iri meşə yanğınları səbəbindən 300 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.
Bildirilib ki, Fransanın Bordo şəhəri ətrafında və İspaniyanın paytaxtı Madrid bölgəsində yanğınların genişlənməsi səbəbindən yeni təxliyə qərarları qəbul edilib.
Məlumata görə, İspaniyanın şərqində, Valensiya yaxınlığında baş verən yanğınlar nəticəsində azı bir nəfər həyatını itirib.
Fransanın cənub-qərbində yerləşən Jirond departamentində isə alovun məhv etdiyi ərazinin sahəsi 42 min hektara çatıb.
Yanğınların söndürülməsinə hər iki ölkədən minlərlə yanğınsöndürən və fövqəladə hallar xidmətinin əməkdaşı cəlb olunub.
Bizim.Media