Erməni araşdırmaçının ETİRAFI: “İrəvan xanlığı mahallarının yerli əhalisi türklər olub” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib” adlı süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə Qərbi Azərbaycan ərazisini əhatə edən mahalların tarixi və mədəni münasibətlər baxımından Bütöv Azərbaycandan ayrı olmadığı, indiki Ermənistanın Azərbaycan mahalları ərazisində yaradılan süni dövlət olduğu və erməni tədqiqatçılarının araşdırmalarında Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı bildirilir.

Qeyd olunub ki, Ermənistan, Azərbaycan və Türkiyə münasibətlərinin tədqiqi ilə məşğul olan araşdırmaçı Tatul Hakopyan doğulduğu Loru mahalının Barana rayonu Balakənd kəndinin azərbaycanlı əhalisinin 1930-ci ildə qovulduğunu və yerinə xaricdən gətirilən ermənilər yerləşdirildiyini təsdiqləyir.

T.Hakopyanın “Rusiyanın işğalı ərəfəsində İrəvan xanlığı” məqaləsində Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı, İrandan və Türkiyədən gətirilən ermənilərin 15 rayondan ibarət İrəvan xanlığının və bir neçə mahalın ümumi əhalisinin statistikasına təsiri aydın görünür:

“Belə ki, İrəvan xanlığında həmin dövrdə 115 106 nəfərin 65 234-ü erməni, 49 872-si müsəlman olub. Qırxbulaq mahalında ümumi əhalinin sayı 3053, Zəngbasar mahalında 8376, Gərnibasar mahalında 9680, Vedibasar mahalında 4355, Sürməli mahalında 12 407, Dərəkənd-Parçenis mahalında 4387, Səədli mahalında 1004, Abaran mahalında 8933, Dərəçiçək mahalında 8650, Göyça mahalında 14 254 nəfər yaşayıb. Məhz bu ərazilərə köçürülən ermənilərin hesabına azərbaycanlılardan say üstünlüyü yaranıb”.

Sonda vurğulanıb ki, erməni müəllif Qərbi Azərbaycan bütün mahallarını əhatə etmir:

“Çünki söhbət İrəvan xanlığından gedir. Sonrakı illərdə erməni vilayəti və erməni dövləti yaradanda havadarları Azərbaycanın digər ərazilərini də ermənilərə verdilər ki, xəritədə dövlətə oxşar nəsə olsun. Adı çəkilən mahallarda verilən saylara diqqət yetirəndə Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirmənin necə aparıldığı tam aydın olur. Bunu erməni araşdırmaçısı Tatul Hakopyan da etiraf edir.

Çünki bu gerçəyi mənbələr də qeyd edib və nə qədər erməni tarixçiləri nağıllar uydursalar da bu yazılana pozu yoxdur. Belə ki, Qərbi Azərbaycanın mahallarında minillər boyu azərbaycanlılar yaşayıb və yalnız XX əsrdə bir neçə dəfə xüsusi qəddarlıq və zorakılıqla öz torpaqlarından qovulublar”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

DİQQƏT! Bakının 4 rayonunda su olmayacaq

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

120 il yaşamaq üçün nə edək?

120 il yaşamaq üçün nə edək?

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

End of content

No more pages to load

RADİO