“Nazirlərin görüşü BMT-nin Baş Assambleyası çərçivəsində sentyabrda keçiriləcək”x9d.
Cari ilin sentyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər.
“Nazirlərin görüşü BMT-nin Baş Assambleyası çərçivəsində sentyabrda keçiriləcək. Biz ilin sonunda prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəyik”x9d, - ATƏT-in Minsk qrupunu ameriaklı həmsədri Ceyms Uorlik “Azernews”x9d qəzetinə bildirib.
Azərbaycanın işğal edilmiş ərazisində separatçı rejimin “özünüidarəetmə orqanlarına”x9d sentyabrın 13-nə planlaşdırılımış qondarma “seçkilər”x9də gəldikdə isə, həmsədr bəyan edib ki, bu “seçkilərin”x9d nəticələri tanınmayacaq.
“ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Ona görə də biz, Dağlıq Qarabağın hüquqi statusuna təsir edən qondarma “seçkiləri”x9d tanımırıq”x9d, - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Qarabağda bu yaxınlarda yaranan gərginliyə gəldikdə isə, Uorlik qeyd edib ki, ilin əksər hissəsində təmas xəttində və Ermənistan ”“Azərbaycan sərhədində qismən sakitlik olub.