Fransanın şimal-şərqində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər faciəvi şəkildə həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Fransanın "L’Est républicain" qəzeti yayıb.
Həlak olanlar arasında 5 təlimatçı, 5 aviasiya həvəskarı və təyyarənin pilotu var.
Hazırda hadisə yerində xilasetmə və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Qəzanın başvermə səbəbləri və şəraiti araşdırılır.
Bizim.Media