Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:56-da (Bakı vaxtı ilə saat 16:56 - red.) qeydə alınıb.
Yeraltı təkanların dərinliyi 11.22 kilometr olub.
İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.
Bizim.Media