AZAL-ın qiymət məsələsi ilə bağlı yanaşmasında yanlışlıq var.
Bunu Moderator.az -a açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.
Onun sözlərinə görə, aviabiletlərin qiymətlərinin aşağı salınması AZAL istədiyi kimi həyata keçirə bilməz və bu düzgün yanaşma deyil. “Əgər diqqət yetirsəniz görərsiniz ki, AZAL ancaq bir neçə istiqamətdə uçuşlarda qiymətləri endirdiyini bəyan edib. Digər tərəfdən isə baqaj daşımasındakı taarifləri qaldırıb və dəyişiklik edib. Burada AZAL ancaq özünün yüksək gəlir etməsini düşünərək qərar verib”x9d, - deyə ekspert vurğuladı.
Ekspertin fikrincə, AZAL inhisarçı rolunu oynadığından qiymətlərin aşağı salınması iki yolla həyata keçrilə bilər. “Birincisi, bazarda rəqabət mühitinin yaradılması və Azərbaycanda digər aviaşirkətlərin fəaliyyətinə şərait yaratmaq yolu ilə ola bilər. İmkan vermək lazımdır ki, digər şirkətlər xidmət göstərə bilsin və rəqabət yolu ilə qiymətlər endirilsin. Çünki vaxtı ilə belə şirkətlər Azərbaycanda fəaliyyət göstərib və tədricən AZAL bu şirkətləri sıradan çıxarıb. Ona görə də onların yenidən fəaliyyətinə şərait yaratmaq lazımdır. Kim istəyir ucuz və aşağı keyfiyyətli yaxud aşağı xidmət göstərən aviareyslə, kim də istəyirsə qoy daha yüksək keyfiyyətli və yüksək xidmət göstərən aviareyslə uçsun. Bu seçim imkanı yaradılmalıdır.
İkinci variant kimi isə AZAL inhisarçı olsduğundan onun uçuş qiymətlərinin formalaşmasının dəqiqi mexanizçi müəyyənləşdirilməlidir. Yəni Taarif Şurası qiymətlərin dəqiq mexanizmini müəyyən etməlidir. Burada qiymətlər AZAL-ın istədiyi kimi olmamalıdır.
AZAL-ın indiki qiymət qərarı ictimaiyyətin diqqətini yayındımağa xidmət etdiyindən, məsələyə yanaşmada yanlışlıq mövcuddur”x9d, - deyə A. Mehdiyev qeyd etdi.