Daha bir müxalifətçi fəal ölkəni tərk edib

Azərbaycan hakimiyyəti müxalif düşüncəli insanları öz mövqelərindən çəkindirməkdən ötəri ən iyrənc metiodlardan istifadə etməkdə davam edir. İnsanlar mövcud hakimiyyət tərəfindən siyasi əqidəsinə və müxalif mövqeyinə görə diskriminasiyaya, təqiblərə, təzyiqlərə, həbslərə və işgəncələrə məruz qalır. Bunun nəticəsidir ki, bu gün ölkədə yüzlərlə insan özünün siyasi əqidəsinə və fəaliyyətinə görə həbsxanada məhbus həyatı yaşayır. Bu cür təqiblərdən yaxa qurtaran müxalif düşüncəli insanlar isə ölkədən didərgin düşərək mühacir həyatı yaşamağa məhkum edilir. Baxmayaraq ki, nüfuzlu beynəlxalq təşkilatlar ölkədə olan siyasi təqiblərin dayandırılması və həbsdə olan siyasi məhbusların azadlığa buraxılması tələbi ilə Azərbaycan hökumətinə davamlı olaraq çağırışlar edir, lakin ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan acınacaqlı durum davam etməkdə və müxalifətçi insanların təqiblərə, təzyiqlərə və işgəncələrə məruz qalması faktları adi hala çevrilməkdədir. Bu faktlardan biri də ADP fəalı Tahir Əliyevin son bələdiyyə seçkilərində müşahidəçi olaraq iştirak etdiyi zaman baş vermiş seçki saxtakarlıqlarının qarşısını aldığına görə başına açılan qanunsuzluqlardır. Belə ki, o, 23 dekabr 2014-cü il tarixində axşam saatlarında səsvermənin qurtarmasına az qalmış 19 saylı seçki dairəsinin 21 saylı seçki məntəqəsində baş verən kobud qanun pozuntularının qarşısını almağa cəhd edərkən polis və mülki geyimli şəxslər tərəfindən zorla məntəqədən uzaqlaşdırılmış və fiziki zorakılıqlara məruz qalıb. Ona qarşı olan qanuna zidd hərəkətlər bununla yekunlaşmayıb. Seçki saxtakarlıqlarına etiraz etdiyinə və baş vermiş seçki saxtakarlıqlarının qarşısını aldığına görə T.Əliyev sonradan seçki prosesinə və məntəqə seçki komissiyasının işinə müdaxilə etməkdə ittiham edilmiş, yaşadığı mənzildə seçki bülleteni var deyə mülki geyimli şəxslər tərəfindən axtarış aparmağa cəhdlər edilmişdir. Buna imkan vermədikdə isə ona qarşı təzyiqlər daha intensiv xarakter almış və hüquq mühafizə orqanları tərəfindən həbs təhlükəsi ilə üzləşmişdir. Paradoksal haldır ki, seçki saxtakarlıqlarının qarşısını alan ADP fəalına hüquq mühafizə orqanları tərəfindən “vətəndaşların seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə”x9d adı ilə saxta və qondarma ittiham irəli sürülmüşdür. Nəticə etibarı ilə o, həbs olunma təhlükəsi ilə üz-üzə qaldığından özünün və ailəsinin təhlükəsizliyi qayğısı ilə ölkəni tərk etmək məcburiyyətində qalmışdır. ADP fəalına qarşı törədilən bu qanunsuz hərəkətlər sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalları qondarma və saxta ittihamla həbsə atır.

Təəssüflər olsun ki, bu cür hallar Azərbaycanda müxalifətçilərə qarşı həyata keçirilən təqib, təzyiq və təhdid elementi kimi artıq “ənənə”x9d halını alıb. Hakimiyyət orqanları müxalifətçiləri qondarma ittihamla həbsə alaraq “zərərsizləşdirir”x9d, ya da ölkədən didərgin salır. Bu cür taleyi təkcə Tahir Əliyev yaşamayıb. Bu gün yüzlərlə müxalifətçi ya saxta və qondarma ittihamlarla həbsdədir, bu həbslərdən yaxa qurtarmağı bacaranlar isə mühacirət həyatı yaşamağa məcbur olublar. Sözsüz ki, Tahir Əliyev də ölkəni tərk etməsəydi bu gün saxta ittihamla həbsdə olacaqdı. Qeyd edək ki, Tahir Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva da ADP-nin üzvü kimi siyasi fəaliyyətinə görə zaman-zaman hakimiyyət orqanlarının təqibləri ilə üzləşib. Beləliklə, bir ailə də siyasi əqidələrinin qurbanı olaraq mühacir həyatı yaşamağa məhkum edildi.  

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

"Gözəldir, amma ağzını açmasın"

"Gözəldir, amma ağzını açmasın"

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

End of content

No more pages to load

RADİO