Venesuelada baş verən zəlzələlər nəticəsində 1 719 nəfər həlak olub.
Bizim.Media CNN-ə istinadla xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqes televiziya efirində məlumat verib.
Ən azı 22 619 nəfər zərərçəkmiş şəxs kimi tanınıb, onlardan 5 034-ü müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əvvəl ABŞ Geoloji Xidməti zəlzələlər nəticəsində ümumi qurbanların sayının 10 min nəfərə çata biləcəyini istisna etməmişdi.
Rodriqesin sözlərinə görə, ölkədə 855 bina zədələnib, 189-u isə tamamilə dağılıb.
Spiker qeyd edib ki, 7,2 və 7,5 maqnitudalı ilk iki güclü yeraltı təkanlardan sonra Venesuelada 609 afterşok qeydə alınıb, lakin onlar ciddi dağıntılara səbəb olmayıb.







Bizim.Media