Dünən hökumətin parlamentdəki hesabatı zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmovun çıxışı vəziyyətin dramatikliyini çılpaqlığıyla ortaya qoydu. Yarım saatlıq başdanbaşa pessimist çıxışının sonunda nikbin proqnozlar səsləndirən və devalvasiyadan sonra risklərin sovuşduğunu deyən baş bankirə inanmaq olarmı? Yəni əgər vəziyyət belə kritik idisə, devalvasiyadan sonra təhlükə sovuşdumu?
İqtisadçı ekspert Qubad İbadoğlu Moderator.az-a açıqlamasında vəziyyətin ağır olaraq qaldığını bildirir:
"Yox, hələ təhlükə sovuşmayıb, 1-ci devalvasiya təzyiqi azaltmağa hesablanmışdı. Elə bil ki, qaynayan qazanın qapağını açıb onun buxarını buraxıblar, amma qazan hələ də od üstündədir. Ona görə əlavə tədbrilər görülməlidir. İxracatda neftdən kənar davamlı maliyyə mənbələri olmaldıır ki, valyuta bazarı qidalansın. Əgər neftin qiymətləri uzuzlaşmada davam edəcəksə, yəni 2015-ci il üçün orta illik qiymət 50 dollardan aşağı olarsa onda 2-ci devalvasiya baş verə bilər."