Hakimiyyət Mahmud Mehdiyevi qorumaq üçün məsuliyyəti medianın üzərinə atdı

Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb. Bu barədə “Azadlıq”x9d qəzetinə daxil olan məlumatda deyilir ki, dünən keçirilən prosesdə hakim Azər Tağıyev Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. 

Xatırladaq ki, Mahmud Mehdiyev ötən il mayın 17-də hakimiyyətin sifarişilə mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylini ən ağır cinayətlərdə ittiham etmişdi. O, həmçinin Gültəkin Hacıbəylini təhqir etməkdən də çəkinməmişdi. 

Bu mətbuat konfransı hakimiyyətin nəzarətində olan bütün KIV-lərdə işıqlandırmışdı. Gültəkin Hacıbəyli hələ ötən il Mahmud Mehdiyevlə bağlı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Lakin onun şikayəti icraata götürülməmişdi. Bu il yenidən məhkəməyə müraciət edən Gültəkin Hacıbəylinin şikayəti icraata götürülərək baxılması üçün Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevə verilib. Yeri gəlmişkən, bir müddət əvvəl hakim Azər Tağıyev vəkil Əlayif Həsənova qarşı absurd şikayəti təmin etmişdi.


Dünənki prosesdə Azər Tağıyev xüsusi ittihamçının onlarla sübutunu görməzdən gələrək Mahmud Mehdiyevin əməlində cinayət tərkibinin olmadığı qərarına gəlib. Hakim iddia edib ki, KIV-lərdə Mahmud Mehdiyevin adından dərc edilənlərin məhz onun səsləndirdiyi sübut olunmayıb. Mahmud Mehdiyev özü də prosesdə iddia edib ki, Gültəkin Hacıbəylinin ünvanına səsləndirilən ittiham və təhqirlər jurnalistlərin uydurmasıdır. O, mətbuat konfransında bu ittiham və təhqirləri səsləndirməyib, jurnalistlər onları özlərindən yazıblar, yazılanlar heç onun üslubuna da uyğun deyil. Beləliklə, hakimiyyət Mahmud Mehdiyevi qorumaq üçün məsuliyyəti media mənsublarının üzərinə atıb.

Bir məqamı da qeyd edək ki, Mahmud Mehdiyev Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin təşkil etdiyi kampaniyada fəallıq göstərdiyinə görə qovulduğu prokurorluq orqanlarına  müstəntiq vəzifəsinə təyinat alıb, insan alveri cinayəti törətmiş bacısı Aynur Mehdiyeva isə 8 il yarım azadlıqdan məhrumetmə cəzasının əvəzinə bir il şərti cəza ilə azadlıqda saxlanılıb.

Gültəkin Hacıbəyli “Azadlıq”x9da açıqlamasında şikayətinin təmin olunmaması barədə məlumatı təsdiqləyib. O, sonrakı addımlarla bağlı bunları deyib: “Düzü, başqa qərar gözləmirdim. Adama ”x9dmətbuat konfransı keçir, şərlə, böhtan at, ağzına gələni danış, əvəzində sənə vəzifə verəcəyik" deyəndən sonra barəsində ittiham hökmü çıxarıb yenicə təyin etdikləri prokurorluq orqanından qova bilməzdilər. Lakin məsuliyyətdən də qaça bilməyəcəklər. Hökmü alan kimi dərhal apelyasiya şikayəti verib ardınca Avropa Məhkəməsinə göndərəcəyik. Eldəniz Quliyevə, Əlayif Həsənova saxta ittihamla hökm oxuyan, məni isə dövlətin məhkəmə qərarı ilə insan alverçisi kimi tanıdığı qadının və həmin bu “şanlı müstəntiqin”x9d saxta şikayəti ilə təqib edən məhkəmə bütün ölkənin gözü qarşısında baş vermiş bu rüsvayçı fakta bəraət verməklə diffamasiyanın Azərbaycanda yalnız və yalnız siyasi təqib aləti olduğunu sübut etdi. Eyni zamanda hakimiyyət Mahmud Mehdiyevin dili ilə mənə dediklərinin hamısının böhtan və yalan olduğunu etiraf etdi. Əgər hakimiyyət öz əxlaq və mənəviyyat ortağı Mahmud Mehdiyevi qorumaq üçün bizi medianın üzərinə istiqamətləndirirsə, böhtan və təhqirlərin mənbəyi kimi Mahmud Mehdiyev yox, KIV-lər göstərilirsə, o zaman barəmdə bu böhtan və təhqirləri dərc edən media orqanlarının rəhbərləri barədə xüsusi ittiham qaydasında şikayətlər verəcəyik. Bu mənim yox, hakimiyyətin seçimidir. Hakimiyyət bugünkü (dünənki - red.) absurd və həyasız addımı ilə mənə başqa yol qoymadı".

 azadliq.info
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-nin Yaxın Şərqdəki 13-cü hərbi bazasını vurub

İran ABŞ-nin Yaxın Şərqdəki 13-cü hərbi bazasını vurub

Ermənistan KTMT-yə yenidən qoşulmaqdan imtina etdi

Ermənistan KTMT-yə yenidən qoşulmaqdan imtina etdi

İrəvan iki OD ARASINDA – Ermənistanın Rusiya və Qərb arasında seçim dilemması

İrəvan iki OD ARASINDA – Ermənistanın Rusiya və Qərb arasında seçim dilemması

Krit adası niyə “qan çanağı”na döndü? - Qeyri-adi təbiət hadisəsi qonşu ölkələrə yayılır – VİDEO

Krit adası niyə “qan çanağı”na döndü? - Qeyri-adi təbiət hadisəsi qonşu ölkələrə yayılır – VİDEO

Ödənişli yolda “Bentley” ilə qəza törətdi, kəmər həyatını xilas etdi - VİDEO

Ödənişli yolda “Bentley” ilə qəza törətdi, kəmər həyatını xilas etdi - VİDEO

Abituriyentlərin NƏZƏRİNƏ - Mayın 10-da...

Abituriyentlərin NƏZƏRİNƏ - Mayın 10-da...

Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO

Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO

"Barselona"da 11 futbolçu yola salınır - ADLAR

"Barselona"da 11 futbolçu yola salınır - ADLAR

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu tarixdə bərpa olunacaq

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu tarixdə bərpa olunacaq

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın SON DURUMU açıqlandı

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın SON DURUMU açıqlandı

Tələbələrdən pul tələb edən Qərbi Kaspi Universitetinin açıqlamasına RƏSMİ REAKSİYA

Tələbələrdən pul tələb edən Qərbi Kaspi Universitetinin açıqlamasına RƏSMİ REAKSİYA

Putin İran münaqişəsində bu həll yolunu dəstəkləyir - Peskov

Putin İran münaqişəsində bu həll yolunu dəstəkləyir - Peskov

Prezident: "Qarabağın bərpasında yenə də qardaş ölkələr bizim yanımızdadır"

Prezident: "Qarabağın bərpasında yenə də qardaş ölkələr bizim yanımızdadır"

Nizami Kino Mərkəzinin binasına ciddi ziyan vuruldu – FOTO

Nizami Kino Mərkəzinin binasına ciddi ziyan vuruldu – FOTO

İlham Əliyev Qırğızıstana səfər edəcək

İlham Əliyev Qırğızıstana səfər edəcək

İrandan Hörmüz boğazı ilə bağlı TƏKLİF

İrandan Hörmüz boğazı ilə bağlı TƏKLİF

İlham Əliyev: "Azərbaycan TDT-nin inkişafına böyük töhfə verir"

İlham Əliyev: "Azərbaycan TDT-nin inkişafına böyük töhfə verir"

Xəzərin Lənkəran sahillərində neft qalıqlarının yayılması ilə bağlı AÇIQLAMA - FOTO

Xəzərin Lənkəran sahillərində neft qalıqlarının yayılması ilə bağlı AÇIQLAMA - FOTO

Özəl klinikalarda ciddi yoxlamalar aparılıb: lisenziyadan kənar fəaliyyət aşkarlanıb

Özəl klinikalarda ciddi yoxlamalar aparılıb: lisenziyadan kənar fəaliyyət aşkarlanıb

“Bir nəfər belə sağ qalmamalıdır” - VİDEO

“Bir nəfər belə sağ qalmamalıdır” - VİDEO

Vəfatından sonra Rasim Balayevin vəzifəsini kim icra edir? - AÇIQLAMA - FOTO

Vəfatından sonra Rasim Balayevin vəzifəsini kim icra edir? - AÇIQLAMA - FOTO

Xərçəng xəstəliyi yaradan İKİ QİDA

Xərçəng xəstəliyi yaradan İKİ QİDA

Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi

Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi

Sevgilisi ilə birlikdə ərini öldürən şəxsdən XƏBƏR VAR

Sevgilisi ilə birlikdə ərini öldürən şəxsdən XƏBƏR VAR

End of content

No more pages to load

RADİO