"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda iki yeni sərnişin təyyasi alacaq.
Bu barədə Report.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.
"ABŞ-dan iki ədəd "Boinq-787" ("Boeing-787 Dreamliner") hava gəmisi sifariş edilib. Bunlardan birincisi noyabrın sonunda, digəri isə 2015-ci ilin əvvəlində Bakıya gətiriləcək", - M.Səfərli bildirib.
M.Səfərli həmçinin qeyd edib ki, alınan təyyarələr Bakı ilə Nyu York (ABŞ) və Bakı ilə Pekin (Çin) arasında aviareyslərin həyata keçirilməsi üçün istifadə olunacaq:
"Gələcəkdə başqa şəhərlərə də uçuşlar ola bilər, amma əlavə marşrutlar hələ müəyyənləşdirilməyib".