Surət Hüseynovun gözə dəyməməsi ölkə rəhbərliyini şübhələndirirdi..







4 oktyabr hadisələrindən 20 il ötür. Moderator.az həmin hadisələrin mərkəzində olan və Surət Hüseynovun dəstəsini, eləcə də OMON-u zərərsizləşdirməkdə xüsusi xidmətlər göstərən Milli Qvardiyanın keçmiş komandiri Əzizağa Süleymanova müraciət edərək 20 il öncəyə qısa ekskurs etməsini xahiş edib:

Əvvəli burada----moderator.az/?xeber=57157

...4 oktyabr 1994-cü il tarixinə qədər bir neçə dəfə dövlət əleyhinə xoşagəlməz hadisələr baş vermişdi. Baş nazir Surət Hüseynovla OMON-un hücumu qarşısında dövlətin yeganə güc mənbəyi Dövlət Mühafizə Xidmətinin tərkibində olan Milli Qvardiyanın şəxsi heyəti idi. 2-3 oktyabr 1994-cü il tarixində demək olar ki, bütün dövlət strukturları həyəcan içində idi. OMON-un silahlı şəxsi heyəti tərəfindən dövlət obyektlərinin tutulacağı gözlənilirdi. Milli Qvardiyanın qaravul xidməti uzun müddət idi ki, xüsusi əhəmiyyətli dövlət obyektlərinin- Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Məclisin inzibati binaları ətrafında qarovul xidməti aparırdılar. 2 oktyabr 1994-cü il tarixində saat 17 radələrindən Prezident Aparatında müşavirə keçirilirdi. Verilən operativ məlumatlara görə OMON-çuların Prezident Aparatına və Ali Sovetə hücumu gözlənilirdi, OMON-çuların 8-ci kilometr adlanan Nizami rayonunun ərazisindəki hərbi bazasından hərbi texnika ilə çıxdıqları barədə məlumat verilirmişdi. Baş Mühafizə İdarəsinin rəisi Vaqif Axundov prezidentin yanında keçirilən müşavirədən çıxıb Prezident Aparatının həyətində Milli Qvardiyanın komandanı Tofiq Rəsulovu görəndə "OMON-çular Baş Prokurorluğa hücum ediblər, şəxsi heyəti ayağa qaldır" deyəndə Tofiq Rəsulov "Süleymanov hər yeri mühafizəyə götürüb, şəxsi heyət tam döyüş hazırlığı vəziyyətindədir" demişdi. 5 dəqiqədən sonra mən Milli Qvardiya komandanı Tofiq Rəsulovla bərabər generalın kabinetində idik. Rəis ölkə prezidentinə birbaşa zəng edərək Milli Qvardiyanın şəxsi heyətinin tam tərkibdə bütün obyektləri mühafizəyə götürdüyünü məruzə etmişdi. Bu zaman Prezident Aparatından əməliyat nöbətçisi zəng edərək rəisə məruzə edirdi ki, OMON dəstəsi Milli Qvardiya döyüşçülərinin dövlət obyektlərini mühafizəyə götürməsindən xəbər tutub Prezident Aparatına sarı hərəkətlərini dayandırıb Daxili İşlər Nazirliyininin inzibati binasının yaxınlığından Dram Teatrının qarşısındakı  Füzuli meydanına sarı gedirlər. Rəis bizə söyləmişdi ki, ola bilsin manevr edirlər. "Süleymanov, hazır olun hər etimala qarşı"-demişdi. 20 nəfərə yaxın təpədən dırnağa qədər silahlanmış OMON-çular onlara birbaşa rəhbərlik edən daxili işlər nazirinin müavini polkovnik Rövşən Cavadovun qardaşı, Xətai rayonunun proukuroru Mahir Cavadovun başçılığı altında Baş Prokurorluğun inzibati binasına girərək baş prokuror Əli Ömərovu kabinetində tutmuşdular. Ölkə başçısının yanında olan güc strukturalarını rəhbərləri həyəcan içində idi. Heç kim bir qərar qəbul etmək iqtidarında deyildi. Gəncə hadisələrinə oxşar ssenari yenidən Bakının mərkəzində həyata keçirilirdi. Milli Məclisin sədri Rəsul Quliyev həyəcanından siqareti siqaretin dalınca yandırırdı. İlk öncə Baş Prokurorluqda OMON-çular tərəfindən hansı hadisələrin törədildiyi barəsində heç bir məlumat yox idi. Gecə səhərə qədər ölkə başçısı Heydər Əliyev Prezident Aparatıda iş yerində idi. Aldığımız məlumatlara görə OMON-çular, o cümlədən OMON-a birbaşa rəhbərlik edən Rövşən Cavadov Milli Məclisin sədri Rəsul Quliyevin və Baş prokuror Əli Ömərovun ilk öncə istefasını tələb edirdilər. Ölkə daxilində həyəcanlı anların davam etməsinə baxmayaraq sakitlik idi. Ölən və yaralanan yox idi. Səhər saatlarında Füzuli Meydanı istiqamətində arada bir 5-10 dəqiqə ərzində avtomat silahından atılan güllə səsləri aydın eşidilsə də hər hansı hadisə barəsində bir məlumat yox idi. Milli Qvardiyanın şəxsi heyətinə, o cümlədən komandir heyətinə az da olsa da gözlərinin acısını almalarına növbə ilə icazə verirdim. Güc strukturalarının rəhbərlərinin Prezident Aparatına tez-tez gedib gəlməsindən hiss olunurdu ki, dövlət rəhbərliyi tərəfindən OMON-çuları zərərsizləşdirməklə bağlı plan hazırlanır. Baş nazir Surət Hüseynov bir neçə gün idi ki, gözə dəymirdi. Ölkə rəhbərliyini həyəcanlandıran da bu idi. Baş nazir Surət Hüseynovun silahlı dəstəsi ilə OMON-çuların birləşməsi ölkəni yeni fəlakətlərə sürükləyə bilərdi. Bu həyatı Milli Qvardiyanın şəxsi heyətinin əksər üzvləri  yaşamışdı. Bundan sonra isə yenidən bu həyatı yaşamaq istəmirdik. Ona görə də ölümümüz bahasına olsa da dövləti qoruyacaqdıq. Bundan ölkə başçısının da xəbəri var idi. 28 may 1994-cü il tarixində Milli Qvardiyanın qərargahına gəlib Milli Qvardiyanın şəxsi heyəti ilə görüşən ölkə prezdenti Heydər Əliyev Milli Qvardiyanın şəxsi heyətinin ona sadiq olduğuna tam əmin olmuşdu.  

    Biz hiss edirdik ki, ölkə başçısı 2 oktyabr 1994-cü il tarixində ölkə daxilində OMON-çuların törətdikləri hərəkətə birbaşa müdaxilə etmədən  manevr edir, dövlət çevrilişini hazırlanmasında iştirak edən yeni qüvvələrin və onlara dəstək verən simaların üzə çıxmasını, ya da ki, dövlət çevrilişinə dəstək verə biləcək xarici qüvvələrin kimliyinin məlum olmasını gözləyir. Gecədən Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin tank bölmələri Nizami rayonu istiqamətində hərəkət edərək OMON-un Qərargahını mühasirəyə almışdılar. Müdafiə Nazirliyinin rəhbərliyi çox böyük səhvə yol vermişdi. OMON-çular hərbi texnikaları ələ keçirməmiş təcili tədbir görmək lazım idi. Odur ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən buraxılmış  böyük taktiki döyüş səhvini aradan qaldırmaq üçün təcili olaraq rəhbərlik OMON rəhbərliyi ilə danışıqlar aparmaq məcburiyətində qalmışdılar. OMON-çular da Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən onlara bəxş olunan bu taktiki döyüş səhvinin mahiyyətinə varmamışdılar. Bir də ki, siyasi maraqlar hər iki tərəfdən yuxarı səviyyədə aparılırdı. Aşağı təbəqəli döyüşçülərə bunun bir əhəmiyyətli təsiri yox idi. Prezident  Aparatından verilən məlumatlara görə ölkə başçısı Heydər Əliyevlə OMON-çulara rəhbərlik edən Rövşən Cavadov arasında kiminsə vasitəçiliyi iləsə danışıqlar aparılırdı. 3 oktyabr 1994-cü il tarixində günortadan sonra daxili işlər nazirinin müavini Rövşən Cavadov bir dəstə omonçunun müşayəti altında Baş Prokurorluğa gələrək oradan ölkə prezdenti ilə telefon əlaqəsinə girərək baş prokuror Əli Ömərovu sərbəst buraxıb OMON-çularla birlikdə 8-ci kilometirdəki OMON-un qərargahına gəlmişdi. Bu danışıqlar ərəfəsində dövlət rəhbərinin göstərişi ilə Müdafiə Nazirlyinin tank bölmələri OMON-un qərargahından geri cəkilərək Babək prospektində yerləşəm Müdafiə Nazirliyinin xüsusi təyinatlı 777 saylı hərbi hissəsinin bazasında cəmləşmişdilər.

     1994-cü il 3-4 oktyabr gecəsi ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində hökümət qüvvələri ilə, o cümlədən hökümət qüvvələrinə rəhbərlik edən Rövşən Əkbərovun komandir olduğu Müdafiə Nazirliyinin 777 saylı xüsusi təyinatlı hərbi hissəsi ilə Surət Hüseynovun silahlı tərəfdarları arasında qanlı münqaişə baş vermişdi. Baş vermiş münqaişə nəticəsində hökümət qüvvələri tərəfindən 3 nəfər ölmüş, 7 nəfər yaralanmışdı. Ölkə prezidenti Gəncədə münqaişə zamanı ölən 3 nəfər hökümət qüvvələrinin üzvlərinə dərhal Milli Qəhrəman adı vermişdi. Gəncədə baş verən yeni qanlı olayın baş verməsi ilə artıq baş nazir Surət Hüseynovun kartı da açılmışdı...

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Zelenski tennis oynadı – FOTO

Zelenski tennis oynadı – FOTO

Elmira Rəhimova 85 yaşında!

Elmira Rəhimova 85 yaşında!

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Cəlilabadın 35 kəndi işıqsız qalıb

Cəlilabadın 35 kəndi işıqsız qalıb

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

"Gənclik şəhəri"nin gəncləri niyə Bakıya üz tutur? – TƏHLİL

"Gənclik şəhəri"nin gəncləri niyə Bakıya üz tutur? – TƏHLİL

Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir

Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı – ADLARI

Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı – ADLARI

End of content

No more pages to load

RADİO