APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, baş katib Anders Foq Rasmussen sammitdə əsasən NATO-nun Şərqi Avropada möhkəmlənməsi və Ukrayna böhranı ətrafında müzakirələrin gedəcəyini bildirib. Bundan əlavə, Rasmussen “Twitter”dəki hesabında Gürcüstanla əməkdaşlığın da gücləndirilməsinin vacibliyini vurğulayıb.
İki
günlük sammitin gündəliyindəki əsas məsələlər Əfqanıstan, Suriya, İraq və
Ukrayna, həmçinin yeni regional təhdidlərlə bağlıdır. Böyük Britaniyanın
baş naziri David Kemeron bildirib ki, ölkəsinin NATO sammitində 5 əsas
prioriteti var: Ukrayna böhranı və Rusiya ilə münasibətlər, Əfqanıstanın gələcəyi,
yeni təhdidlərin qarşısının alınması, üzv ölkələrin ordularının gücləndirilməsi
və tərəfdaşlarla münasibətlərin inkişafı.
Xatırladaq ki, Böyük Britaniya sonuncu dəfə 1990-cı ildə NATO sammitinə ev
sahibliyi etmişdi. Sammitə üzv ölkələrlə yanaşı, tərəfdaş ölkələrin də
dövlət və hökumət başçıları qatılıb.