Niderlandda yaşayan beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis Ataxan Əbilov Moderator.az-a açıqlamasında daxili işlər naziri Ramil Usubov tərəfindən E.Quliyevə qarşı irəli sürülən məhkəmə iddiası ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Böyük ziyalımız Eldəniz bəyin status kimi yazdığı və
buna görə Azərbaycanın baş polisi Ramil Usubov tərəfindən məhkəməyə verildiyi
aşağıdakı mətndə qanuna hörmətə, vəzifə borcunu yerinə yetirməyə, qanunçuluğa,
polisi nufuzdan salmamağa dəvət var. Bunu təhqir kimi başa düşənlər, böhtan
kimi qələmə verənlər düzəlmək istəmədiklərini, düzəlməyəcəklərini, polis deyil,
soyğunçu, bandit və quldur kimi özlərini aparacaqlarının iddiasında olduğunu
sadəcə bəyan edirlər. Bunun arxasında "kimsə səsini çıxara bilməz"
iddiaları durur...”