Türkiyənin Adana vilayətinin Kozan rayonunda xəstəxana bufetində baş verən hadisədə 4 yaşlı Mina Gül boğulma təhlükəsi ilə üzləşib.
Bizim.Media türkiyə KİV-ə istinadla xəbər verir ki, sənəd almaq üçün xəstəxanaya gələn Gülşah Ünüvar poliklinikada növbə gözləyərkən, qızı Mina Gül və anası Fikran Durgel bufetə gedib.
Bu zaman uşağın yediyi konfet nəfəs borusuna düşərək onun boğulmasına səbəb olub. Nəvəsinin nəfəs almaqda çətinlik çəkdiyini görən nənə dərhal onu təcili yardım şöbəsinə aparıb.
Burada çalışan, 13 illik təcrübəyə malik tibb bacısı Melek Bulut tərəfindən tətbiq edilən Heimlich manevri sayəsində konfet çıxarılıb və uşağın həyatı xilas olunub.
Hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media