“Türklərlə azərbaycanlılar arasında məzhəb fərqi var, türklər sünni, azərbaycanlılar isə şiədir". “Türkiyə pantürkizm ideologiyasını yaymaqla məşğuldur”.
Bu sözləri İran adlanan ölkənin Azərbaycandakı səfiri-Möhsün Pak Ayin deyib. Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli İran səfirinin açıqlaması ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bu adam Azərbaycanla-Türkiyə arasına məsafə qoymaqla, İrana xal qazandırmağa çalışır. Amma başa düşmür ki, bu tuzağa düşəcək qədər cahil insanın sayı onların istədiyi qədər ola bilməz. Baxmayaraq ki, İran istihbaratı özünə irançı tərəfdar toplamaq üçün ildə 600 milyon dollar pul xərcləyir Azərbaycanda!
Ey Möhsün Pak! Türkiyə sünni dövləti də olsa, şiə İrandan daha çox yardım edib,edir ve edəcək Azərbaycana!
Unutma ki, şiə məzhəbi İranda dini məzhəb olmaqdan çoxdan çıxıb, fars şovinizminin dəyənəyinə çevrilib ve biz bunun fərqindəyik!
Şiə İranın bizim balaca düşmənimiz olan-qardaşlarınız erməniyə verdiyi dəstək də göz önündədir.
İranda yaşayan və şiə olan soydaşlarımıza olan münasibət də açıq-aşkar görünür.
Cənab Möhsün Pak! Sizin dərdiniz din deyil,məzhəb deyil!
Sizin dərdiniz və qorxunuz,bu iki ölkə xalqının,əslində elə iki dövlətdə yaşayan bir millətin Birlik şüuruna yiyələnməsidir!
Sizlər,nə qədər də pul xərcləsəniz, bu düşüncənin yox olmamasından,daha da güclənməsindən narahatsınız!
Əmin olun ki,bir gün qorxularınız gerçək olacaqdır və o zaman sizin İran deyə bir şey qalmayacaqdır!
Qorxularınızın tezliklə gerçəkləşməsi arzusuyla!”
Seymur Əliyev