Avropa Məhkəməsinin Tofiq Yaqublu ilə bağlı qərar verməməsinin səbəbi bilindi

Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Real Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla bağlı qərarını açıqlayıb. Qərara görə, REAl sədrinin azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulması tanınıb. Azərbaycan hökuməti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 20 min avro, vəkil xidmətinə görə isə 2 min avro, ümumilikdə 22 min avro təzminat ödəməlidir.


Avropa Məhkəməsinin İlqar Məmmədov barəsində çıxardığı qərarın onunla eyni məlum hadisəyə görə haqqında cinayət işi qaldırılan, eyni məhkəmədə ittiham olunan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya şamil edilməməsi şübhəli məqamların ortaya çıxmasına səbəb olub. Çoxları çıxarılan qərarın Tofiq Yaqubluya aid olunmamasını sırf onun siyasi mövqeyi ilə izah edir. Hətta bəziləri REAL sədrinin ABŞ ilə yaxın əlaqələrinin olduğuna görə, onun haqqında qərar çıxarıldığını iddia edir.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli hüquqlarını müdafiə etdiyi şəxs barəsində qərar verilməməsini Avropa Məhkəməsinə edilən şikayətin gecikdirilməsi ilə əsaslandırdı: “Düşünmürəm ki, Avropa Məhkəməsinin verdiyi qərar qərəzli olsun. Səbəb ondan ibarətdir ki, Tofiq Yaqublunun hüquqlarının pozulması barədə şikayət 6 ay ərzində verilməli idi. Şikayət bir qədər gec verildi. Artıq  Tofiq Yaqublu barədə kommunikasiya başlayıb. İyun ayına qədər vaxt verilib ki, dövlət onun barəsində cavab verməlidir. Avropa Məhkəməsinin tarixində hökm olmadan kommunikasiya başlaması ilk belə hadisədir. Biz təxminən oktyabr ayında şikayət vermişik. İyunun 9-na qədər hökumətə cavab vermək üçün vaxt verilib. Sözsüz ki, Azərbaycan hökuməti İlqar Məmmədov məsələsində cəzalandırılıb. Yəqin ki, bu qərar Tofiq Yaqubluya da şamil olunacaq. Sadəcə texniki məsələlərlə bağlı şikayət bir qədər gec verildi. Çox güman ki, iyunun 9-dan sonra da Tofiq bəy haqında da bu qərar veriləcək”.


Vəkil Avropa Məhkəməsinin qərarında siyasi motivlərin olduğunu güman etmədiyini bildirdi: “Avropa Məhkəməsi bu qədər də qərəzli ola bilməz. Orada insanlara baxış belə deyil. Sadəcə, Tofiq Yaqublu barəsində qərarın gecikdirilməsi sırf texniki səbəblər üzündən şikayətin gec verilməsidir”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı  Avropa Məhkəməsinin Tofiq Yaqublu haqqında qərar verməməsini məhkəməyə olunan müraciətin gec çatdırılması ilə əlaqələndirdi: “Bu, sənədlərin məhkəməyə gec və ya tez çatması ilə əlaqədar ola bilər. Tofiq Yaqublunun hələ işinə baxılmayıb. Bu baxımından hər hansı bir qərəzdən danışa bilmərik. Mənə elə gəlir ki, bunun səbəbi məhkəməyə sənədlərin daxil olması və ardıcıllıqla baxılmasıdır. Hələ Tofiq bəy haqqında yekun qərar belə yoxdur. Qərar olandan sonra hansısa bir fikir söyləmək daha məqsədəuyğun olar”.

Hüquq  müdafiəçisi Novella Cəfəroğlu Avropa Məhkəməsinin qərarından təəssüfləndiklərini bildirdi: “Biz Avropa Şurasına hər ikisinin adını vermişdik. Məhkəmənin verdiyi qərardan çox təəssüfləndik. Səbəb isə çox sadədir. Tofiq Yaqublunun Avropaya göndərilən işi yubadılıb. Tez göndərilsəydi, onun haqqında İlqar Məmmədov barəsində çıxarılan qərar olacaqdı. Başqa bir səbəb ola bilməz. Çünki hər ikisi eyni ittihamla, eyni məhkəmədə mühakimə olunurdu. Başqa bir səbəb ətrafında düşünmək lazım deyil”.
Sonda onu qeyd edək ki, Tofiq Yaqublu və İlqar Məmmədov ötən ilin yanvar ayında İsmayıllıda baş verən hadisələrlə bağlı həbs ediliblər. Hər iki şəxs Cinayət Məcəlləsinin  233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub. Tofiq Yaqublu 5 və İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Dünya cəhənnəmə ÇEVRİLİR?

Dünya cəhənnəmə ÇEVRİLİR?

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

“Media Masası” Şuşada beynəlxalq media rəhbərlərini bir araya gətirdi – VİDEO

“Media Masası” Şuşada beynəlxalq media rəhbərlərini bir araya gətirdi – VİDEO

End of content

No more pages to load

RADİO