Tanınmış fotoqraf, "Azadlıq" radiosunun əməkdaşı Abbas Atilay hədələnir. Moderator.az-ın məlumatına görə o bu barədə öz facebook səhifəsində yazıb:
"Dostlar, LGBT söhbətinə görə bir neçə alçaq mənə yazıb ki, güya mən bu söhbətə girməkdə məqsədim bir xanımı gözaltı etmək olub. Və sonra tutub o xanımı zorlamışam... Və buna görə hesab soracaqlar.
Sonra məni görüşə çağırıb :)))
Bunu ona görə yazdım ki, bilmək olmaz, sabah nolacaq, bir də gördün cibimdən tank çıxdı:)
PS:Like etmək, və ya şərh etmək lazım deyil, sadəcə dedim bir yadınızda qalsın".