Ermənistan Azərbaycanı raket zərbələri ilə hədələdi

Moderator.az-ın verdiyi məlumata görə, Seyran Ohanyan Bakını vurmaq gücündə olan silahlara malik olduqlarını deyib, Azərbaycanın İrəvanı vurması üçün isə 2 dəqiqə kifayət edir.

Son günlər Azərbaycanla Ermənistan sərhəddində və Qarabağ cəbhəsində vəziyyət xeyli ağırlaşıb. Xüsusən Füzuli, Tərtər və Tovuz cəbhələrində durumun daha kritik olduğu deyilir. Hətta dünən Azərbaycan tərəfi havaya hərbi təyyarələrini qaldıraraq, düşmənə güc nümayişi edib.

Ermənistan tərəfi Azərbaycan qırıcılarının Xankəndi üzərində manevr etməsindən sonra bərk təşviş keçirərək, buna adekvat cavab vermək istəyiblər. Lakin Havadan Müdafiə Qüvvələri qırıcılarımızı hədəfə almaq imkanı belə əldə edə bilməyiblər. Bunun ardından isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan mətbuat konfransı keçirərək, ölkənin hərbi «qüdrət»indən danışıb. Ohanyan deyib ki, İrəvan bu il uzaq hədəfləri dəqiq vuran raketlər alaraq, bununla ordularını gücləndirəcəklər. Onun Rusiya istehsalı olan «İsgəndər-M» raketləri olub olmadığı barədə verilən suala isə nazir cavab verməyib.

Seyran Ohanyan daha sonra Azərbaycanı hədələməkdən də çəkinməyib. O deyib ki, Ermənistanın Bakını vura biləcək raketləri var və əgər müharibə başlayarsa, bu imkandan yararlana bilərlər. Üstəlik, o iddia edib ki, Havadan Müdafiə Qüvvələri də yaxşı təşkil olunublar və onlar istənilən hədəfi vurmaq qabiliyyətindədirlər. Ohanyan həmçinin bu şərtlərin Qarabağ üçün də keçərli olduğunu deyib.

Qeyd edək ki, Ermənistanın Bakını vura biləcək raketlərə sahib olması istisna edilmir. Bunu hərbi mənbələr də təsdiqləyirlər. Amma İrəvan hökumətinin belə bir cəhdə baş vurması imkansızdır. Hətta mümkün olsa belə, bu Ermənistanın çətin duruma düşməsi ilə nəticələnəcək. Çunki İrəvandan Bakını vurmaq üçün raketin ən azı 700-800 km-lik bir məsafəni qət eləməsi lazımdır. Amma Azərbaycanın İrəvanı vurması üçün cəmi 70 km-lik məsafə ayırır. Bu isə o deməkdir ki, Bakını vurmaq ən azı 15-20 dəqiqə vaxt aparacağı halda, İrəvanı vurmaq üçün 1-2 dəqiqə kifayət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Minimum əməkhaqqı nə vaxt artırılacaq? - VİDEO

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

"Avroviziya"nın ən sərt qaydaları - Təəccüblənəcəksiniz

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

“Balet oynayıram” deməklə hərbi xidmətdən azad olunmurlar - Komitə sədri

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

"Honda"dan etiraf: son 70 ildə ilk dəfə zərər edib

İran millisi dünya çempionatını buraxa bilər

İran millisi dünya çempionatını buraxa bilər

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Çin ABŞ-dan 200 təyyarə alacaq - Tramp sevincəkdir

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” - VİDEO

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

ABŞ-də hantavirus həyəcanı: 41 nəfər nəzarət altındadır

Sinem Kobal Kenana olan sevgisindən yazdı

Sinem Kobal Kenana olan sevgisindən yazdı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

SAXAL "Hizbullah"ın 20 üzvünün öldürüldüyünü açıqladı

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Azərbaycan "Avroviziya"dakı çıxışını TAMAMLADI - VİDEO

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

Britaniyalı deputat da Starmerə görə karyerasını qurban verdi

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

“Avroviziya”nın ikinci yarımfinalı başladı - VİDEO

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

ABŞ və Çin liderlərinin görüşündə Mask qəribə hərəkətləri ilə diqqət çəkib

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Bayram Muradovdan sonra Mətanət Qarayeva da İŞDƏN ÇIXDI - FOTO

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Uşaqların sevimlisi ÇİYƏLƏK - Günlük norma nə qədərdir?

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İsrael Katz: "İrandakı missiyamız başa çatmayıb"

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

İraq parlamenti yeni hökumətin tərkibini təsdiqlədi

End of content

No more pages to load

RADİO