Müsavat birətərəfli qaydada moratorium elan etdi

Partiyanın mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, bəyanatda deyilir: 
Müsavat Partiyası Milli Şurada fəaliyyətini dayandırmaq haqqında 06 yanvar 2014-cü il tartixli rəsmi açıqlamasında Milli Şuranı tərk etdiyini bildirsə də, bu qurumda fəaliyyət göstərən qüvvələrə uğurlar arzulamaqla yanaşı, onlarla həm ikitərəfli, həm də çoxtərəfli funksional əməkdaşlığa bundan sonra da hazır olduğunu bəyan edib.
Təəssüf ki, Müsavat Partiyasının bu xoşməramlı mövqeyi bəzi siyasi qüvvələr tərəfindən adekvat qarşılanmadı. 

Müsavat Partiyasının müttəfiqlik barədə saziş imzalamağı təklif etdiyi bəzi siyasi qüvvələr belə münasibətlərin qurulmasından imtina etməklə yanaşı, Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasının yeni mərhələsinə start verməsi Müsavat Partiyası və AXCP arasında münasibətlərin gərginləşməsinə şərait yaradır. 
Müsavat Partiyasına qarşı təhqir və böhtanların sosial şəbəkədə və mətbuatda yer alması xüsusilə yolverilməzdir. 
Müsavat Partiyası haqqında yayılan böhtanlar içərisində guya partiyanın öz siyasi kursunu dəyişməsi, 2015-ci ildə keçiriləcək Parlament seçkilərində mandat əldə etmək məqsədi ilə hakimiyyətlə separat danışıqlara getməsi kimi absurd bir iddianın irəli sürülməsi xüsusi ikrah hissi doğurur. 
Müsavat Partiyası fəaliyyət göstərdiyi bütün dövrlər ərzində avtoritar rejimlə heç zaman separat danışıqlara getməyən, rejimə qarşı barışmaz mövqe tutan bir partiya kimi fərqlənib. Məhz Müsavat Partiyasının bu mövqeyinə görə İsa Qəmbər başda olmaqla Müsavat Partiyasının rəhbərliyinə daxil olan heç bir kəs bütün seçki kampaniyalarında fərqli üstünlüklə qalib gəlmələrinə baxmayaraq Əliyevlər rejimi dövründə parlamentə buraxılmayıblar. 2005-ci il seçkiləri zamanı bir neçə partiya üzvünün parlamentə daxil olması isə həmin şəxslərin halal qələbəsi hesabına baş verib. Yalnız bu faktlar Müsavat Partiyasının hakimiyyətlə separat danışıqlara gedə bilməsi ilə bağlı absurd iddiaların heçə endirilməsi üçün kifayətdir. 

Müsavat Partiyası onun ünvanına söylənilən təhqir və böhtanlara əhəmiyyət verməyərək öz işini ölkədə demokratik islahatların aparılması, fundamental hüquq və azadlıqların təmin edilməsi məqsədi ilə partiya Məclisinin qəbul etdiyi “2014-cü ilin Fəaliyyət istiqamətləri” sənədinə əsasən davam etdirir. 

Müsavat Partiyası Məclisinin son toplantısında bəyan edilib ki, hakimiyyət Novruz bayramına qədər siyasi məhbusları  azad etməsə və ölkədə köklü siyasi islahatlara başlamasa,  partiya 2015-ci ildə ölkədə keçiriləcək Avropa Oyunlarının boykot edilməsi istiqamətində fəaliyyətə başlayacaq. Müsavat Partiyası hakim rejimə qarşı demokratiya uğrunda mübarizə apardığını iddia edən partiya və birliklərin də  bu istiqamətdə qərar qəbul edəcəyi halda birgə fəaliyyət göstərilməsini məqsədəuyğun hesab edir və bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün real müxalifət qüvvələrinə müraciət edir. 
Müsavat Partiyası KİV-lərdə və sosial şəbəkələrdə partiyanın, onun liderlərinin ünvanına səsləndirilən həqiqətdən uzaq fikirlərin, xüsusilə təhqir və böhtanların yolverilməzliyini bir daha diqqətə çatdıraraq, bu gündən həmin fikirlərə münasibət bildirməmək haqqında birtərəfli qaydada moratorium qəbul etdiyini bəyan edir və partiya öz üzvlərinə  açıqlamalarında bu qərarı nəzərə almağı tövsiyə edir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

End of content

No more pages to load

RADİO