Çingiz Qənizadədən Pərviz Həşimlinin müraciətinə reaksiya

Həbsdə olan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli saxlanma şəraitindən şikayətçidir.

O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanır.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.

Dekabrın 10-da Pərviz Həşimlinin vəkili Yalçın İmanov “Media forum” saytına deyib ki, məhbus milli təhlükəsizlik naziri Eldar Mahmudova məktubla müraciət edib. Müraciətində o, ailə üzvləri ilə görüşməsinə və onlarla mütəmadi telefon əlaqəsi saxlamasına şərait yaradılmasını xahiş edib.

Bundan əvvəl Pərviz Həşimli Milli Məclisin deputatları Azay Quliyev, Rəbiyyət Aslanova və Çingiz Qənizadəni MTN-in istintaq təcridxanasına dəvət edib. Onun sözlərinə görə, bu dəvətində məqsədi odur ki, deputatlar qəbul etdikləri qanunların icra edilmədiyinə şahid olsunlar.

Dekabrın 11-də Çingiz Qənizadə “Media forum” saytına deyib ki, Pərviz Həşimlinin onları istintaq təcridxanasına dəvət etdiyindən xəbərdardır: “Müraciət varsa, araşdıracağıq. Əgər Pərviz Həşimli ilə görüşməyə zərurət olsa və istintaq orqanı bu görüşə razılıq verərsə, onunla görüşə gedəcəyik. Hər saxlanılan şəxslə gedib görüşmək səlahiyyətinə malik deyiləm. Yaxın günlərdə bunu müzakirə edəcəyik”.

Çingiz Qənizadə əlavə edib ki, saxlanma yerlərindəki şəraitin standartlara uyğun olmaması yolverilməzdir: “Amma inanmıram ki, MTN-in istintaq təcridxanası hansısa normalara zidd olsun”.

Qeyd edək ki, Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi, MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün Səbail Rayon Məhkəməsində iddia da qaldırıb. İddiaya bu ay baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO