Rəhim Qazıyev: “Çox təəsüf edirəm ki,Cümşüd Nuriyev bu yaşında da yalanlarına davam edir”

Moderator.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev eks müdafiə naziri Rəhim Qazəyevə qarşı ağır ittihamlar səsləndirib. Eks deputatın iddiasına görə, Rəhim Qazıyev 1993-cü ildə Soçidə Qarabağ problemlərinin müzakirə olunduğu görüşdə Ermənistan müdafiə naziri ilə səmimi formada öpüşüb-görüşüblər.

Moderator.az-a açıqlama verən eks müdafiə naziri Rəhim Qazıyev  bütün bu deyilənləri cəfəngiyat adlandırdı:

“ Mən cox  təəssüf edirəm ki, Cümşüd Nuriyev yaşının kamilləşdiyi dövrdə danışdığı yalanları etiraf edib xəcalət çəkməkdənsə, bu yalanlarına hələ də davam edir. Mən onu hələ 1988-ci ilin meydan hərəkatından tanıyıram. O zaman C.Nuriyev mənim şəkili olduğumu bilirdi və mənimlə Şəki ləhcəsi ilə zarafatlar edirdi. 1990-cı il yanvar hadisələrindən sonra məni həbs edib Lefortovo həbsxanasına aparmışdılar. Həmin dövrdə Heydər Əliyevin arxasınca danışmaq dəb idi və kimsə kimisə qaralamaq istəyəndə onun Heydər Əliyevlə əlaqəsi olduğunu deyirdi. Cümşüd Nuriyev də həmin zaman Ayaz Mütəllibova xoş gəlmək üçün qəzetlərinin birinə mənim naxçıvanlı və Heydər Əliyevin adamı olduğumu demişdi. O, hər zaman mövcud situasiyaya uyğun yalanlar danışıb.

  Cümşüd Nuriyev deyir ki, Abbas Abbasov ona zəng edərək  səfər üçün deputatların lazım olduğunu bildirib. İlk öncə onu deyim ki, həmin dövrdə Azərbaycan parlamentinin spikeri İsa Qəmbər idi. Hansısa deputatın harasa getməsi üçün İsa Qəmbərə zəng olunmalı idi.”

 Rəhim Qazıyev  bildirdiyinə görə o, Qroçovla üzləşdiyi fiziki təzyiqdən öncə görüşüb:

“Mən Qroçovla 5 aprel 1993-cü il saat 11 00-da görüşmüşəm. Fiziki təzyiqlə is 6 aprel 1993-cü ildə üzləşmişəm. Bu barədə mən moderator.az-a müsahibəmdə də demişəm.”

Eks müdafiə naziri daha sonra Soçidə baş verən hadisələr barədə danışdı:

Əvvəla onu deyim ki, görüş keçirilən  bina nə prezident iqamətgahı idi, nə də binanın 2-ci mərtəbəsi vardı. Cümşüd Nuriyevin dedikləri ağ yalandan başqa bir şey deyil. Mən həmin binanı çox gözəl tanıyıram.  20 sentyabr 1992-ci ildə Rusiya, Gürcüstan və Ermənistanın müdafiə nazirləri ilə o məkanda görüşüm  də olub. Həmin  zaman məni köməkçim Arzu Səmədbəyli müşayət edirdi. Biz  atəşkəs məsələsini müzakirə etmək üçün toplaşmışdıq.

1993-cü ildəki görüşdə də biz Qarabağ probleminin həll yollarını müzakirə etmək üçün bir araya gəlmişdik. Biz binaya daxil olduqdan 10 dəqiqə sonra görüş başladı.  Nümayəndə heyyətimizə Pənah Hüseyn başçılıq edirdi. Mən zala qara eynəklə daxil olmuşdum  Qroçov məni görən kimi dedi: “Mən sənə demişdimmi ki, səni öldürəcəklər” O, mənə qarşı olan fiziki təzyiqdən artıq xəbərdar idi. Mən o dövrdə rəsmi şəxs deyildim və görüş başlayan zaman çıxıb həyətdə durdum. Mən çöldə Ermənistanın müdafiə naziri ilə görüşə bilməzdim. Çünki Ermənistanın müdafiə naziri tədbirdə iştirak edirdi. Öpüşmək, qucaqlaşmaq məsələsinə gəldikdə isə, mənim orda öpdüyüm yeganə adam Cümşüd Nuriyev olub. Onun da erməni olduğunu bilməmişəm. Onun sözündən çıxan nəticə budur.  Mən Cümşüd Nuriyevi dediyi maraqlı bir fikirə görə onu qucaqlayıb öpmüşəm. Cümşüd Nuriyev də deyir ki, Rəhim Qazıyev ermənini öpüb.”

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO