NİDA Vətəndaş Hərəkatının həbsdə olan İdarə Heyəti üzvü Rəşadət Axundovun həbs müddəti 3 ay uzadılıb. Bu barədə Elitar.az-a hərəkatın mətbuat xidmətindən məlumat daxil olub. Proses Nəsimi rayon Məhkəməsində keçirilib.
Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü ”“ Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbs olunub. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib.