Ekspert: "Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir"

“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib.

Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”.

V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”.

Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.(trend)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda yaşlı qadın ərini baltaladı

Bakıda yaşlı qadın ərini baltaladı

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

İran ABŞ-ın Küveytdəki bazasına və Bəhreyndəki HDQ obyektlərinə zərbələr endirdi

İran ABŞ-ın Küveytdəki bazasına və Bəhreyndəki HDQ obyektlərinə zərbələr endirdi

ABŞ qlobal futbol və hərbi tarixdə bir ilkə imza atdı: Eyni gündə həm oyun, həm bombardman - FOTO

ABŞ qlobal futbol və hərbi tarixdə bir ilkə imza atdı: Eyni gündə həm oyun, həm bombardman - FOTO

Fitsodan NATO sammiti öncəsi Ukrayna bəyanatı: “Maliyyələşdirməyəcəyik"

Fitsodan NATO sammiti öncəsi Ukrayna bəyanatı: “Maliyyələşdirməyəcəyik"

Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR

Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR

İsrail Qəzza zolağında "HƏMAS"ın iki komandirini məhv etdi

İsrail Qəzza zolağında "HƏMAS"ın iki komandirini məhv etdi

Biləcəri stansiyasından Ermənistana qatar YOLA SALINDI

Biləcəri stansiyasından Ermənistana qatar YOLA SALINDI

İstanbulda mağaza önündə partlayış: Polis şübhəliləri axtarır

İstanbulda mağaza önündə partlayış: Polis şübhəliləri axtarır

Ermənistan Rusiya bazarını itirsə, balıq satışından əldə etdiyi gəlirin 98%-indən məhrum olacaq

Ermənistan Rusiya bazarını itirsə, balıq satışından əldə etdiyi gəlirin 98%-indən məhrum olacaq

Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

İlon Mask: "USAID Ukraynadakı inqilabı maliyyələşdirib" - FOTO

İlon Mask: "USAID Ukraynadakı inqilabı maliyyələşdirib" - FOTO

Bakıda mənzildə köməksiz qalan azyaşlı XİLAS EDİLDİ

Bakıda mənzildə köməksiz qalan azyaşlı XİLAS EDİLDİ

Cozef Bayden yenə də səhnədə çıxış yolunu tapmadı - VİDEO

Cozef Bayden yenə də səhnədə çıxış yolunu tapmadı - VİDEO

Rusiyada 3-cü uşağa görə 11 000 dollar VERİLƏCƏK? - TƏKLİF

Rusiyada 3-cü uşağa görə 11 000 dollar VERİLƏCƏK? - TƏKLİF

Krıma DRON HÜCUMU: İstilik Elektrik Mərkəzində yanğın başladı

Krıma DRON HÜCUMU: İstilik Elektrik Mərkəzində yanğın başladı

End of content

No more pages to load

RADİO