Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Millixa0 Qəhrəmanları Tanıtma İctimai Birliyi və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Bakıda 100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsinin yaradılması planlaşdırılır.
Maraqlıdır, orta məktəblərdə “Milli Qəhrəmanlar”x9d guşəsinin yaradılması gənc nəslin hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, onlarda hərb elminə marağın artırılması, qəhtəmanlarımızın təbliği və tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu yeniliyi alqışladığını vurğuladı:
“Mən məktəblərdə çox oluram. Həm də sadəcə Bakı məktəblərinə deyil, regionlardakı məktəblərə də tez-tez səfər edirəm. Mənim dairəmdə dörd rayon var ki, bunlar Şuşa, Ağdam, Xocalı və Xocavənddir. Demək olar ki, məktəblərimizin hamısında hərbi vətənpərvərliklə bağlı müxtəlif guşələr var. Eyni zamanda, milli qəhrəmanlarla bağlı guşələr də diqqəti cəlb edir.

Milli qəhrəmanlarla bağlı guşələrin yaradılması çox vacib və gərəkli bir məsələdir. Mən bu təşəbbüsü alqışlayıram. Lakin təkcə bununla kifayətlənmək olmaz. Eyni zamanda, biz milli qəhrəmanlarımızı təbliğ etməliyik. Onları tanıtmaq üçün televiziyalarda lazımsız, xalqın tərbiyəsinə mənfi təsir göstərən şou proqramlar əvəzinə, bu və bu kimi məsələlərə diqqət yetirmək lazımdır. Bu, daha faydalı olar. Bu cür addımlar övladlarımızın, gələcək nəsillərin hərbi vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi baxımından təqdirəlayiq bir iş olar”x9d.
xa0
Seymur Əliyev
xa0