Bu il qəbul imtahanları necə keçiriləcək?

TQDK-nın ləğv olunması, Dövlət İmtahan Mərkəzinin yaradılması, təhsil nazirinin və bir çox ekspertlərin mediada çıxış edərək, testin təkmilləşdirilməsi məsələsini müzakirə etməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi kimi təkliflər insanlarda çaşqınlıq yaradıb. 

Hazırda ən çox səslənən suallardan biri bu il və gələn il imtahanların necə olacağı, hansı qaydada keçiriləcəyidir? Bu il imtahan qaydalarında dəyişiklik ola bilərmi? Buraxılış imtahanları ilə qəbul imtahanları birləşəcəkmi? 

Musavat.com-un suallarını cavablandıran “XXI əsr”x9d Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, bu il nə qəbul, nə də buraxılış imtahanlarında heç bir dəyişiklik olmayacaq: “Əslində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Mir Şahinin “Hesabat”x9d verilişindəki  müsahibəsi ilə bütün mətləblərə aydınlıq gətirdi. Əslində imtahan prosesində hansısa dəyişiklik mümkün deyildi. Dövlət İmtahan Mərkəzinin yaradılmasından əvvəl buraxılış və qəbul imtahanlarının keçirilməsinin məntiqi ardıcıllığı gözlənilən kimi idi. Yeni qurumun yaradılması nə testin, nə də imtahanların formasının dəyişdirilməsini nəzərdə tutmur. Bu qurumun nizamnaməsindən görünür ki, biliklərin qiymətləndirilməsi istiqamətində yerli və beynəlxalq tələblər gözlənilməklə yanaşı, həm də mütərəqqi tendensiyalar nəzərə alınacaq”x9d. 

Ekspert qəbul və buraxılış imtahanlarının birləşdirilməsi üçün zamana və bir çox islahatlara ehtiyac olduğunu dedi: “Mərkəzin sədri ilk dəfə olaraq, gələcəkdə buraxılış və qəbul imtahanlarının vahid imtahan şəklində keçirilməsinin konturlarını da açdı. Bu, elə də sadə proses deyil. Bunun üçün orta təhsildən müsbətə doğru böyük gözləntilər tələb olunur. Mərkəzin rəhbəri haqlı olaraq bildirdi ki, məktəblər buna hazır deyil. Məktəblərdə keyfiyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlər buna xidmət etməlidir. Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir. Əlbəttə ki, bütün bu işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə çalışmaları nəticəsində səmərə verə bilər. Məsələn Mərkəz tərəfindən dərsliklərin monitorinqi, monitorinq imtahanlarının təşkili və buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyinin işinə kömək məqsədi daşıyır. İmtahanların birləşdirilməsi üçün məktəblər hazırlaşmalıdır. Bunun üçün məktəblər qiymət şişirdilməsini tərgitməli, repetitor institutunun zəifləməsi yönündə sanballı işlər aparmalı, dərsə davamiyyət məsələsində məsuliyyət daşımalı və müəllimlərin təkmilləşməsində maraqlı olmalıdır”x9d. 

Etibar Əliyev Məleykə Abbaszadənin ixtisarların olacağı barədə fikirlərini belə şərh etdi: “Qurumların birləşməsi zamanı ixtisarlar mümkündür. Ancaq Mərkəz yaradılmamışdan əvvəl də biz ekspert olaraq TQDK-nın iş prinsipinə bələdik. Bu qurum işi bilən insanları həmişə dəyərləndirib. Bunun hesabına çevik və rasional idarəçilik institutu yarada bilib. İdarəetmənin bu fəlsəfəsi yeni yaradılmış quruma daşınmalıdır. Ola bilsin ki, paralelliyin aradan qaldırılması üçün  departamentlərdə dəyişikliklər olsun, yaxud istiqamətlər üzrə işin icrasında təkrarçılığın aradan qaldırılması üçün ixtisarlar aparılsın. Bu, təbii qəbul olunmalıdır”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

ATƏT-in sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi - FOTO

ATƏT-in sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi - FOTO

Süni intellekt smartfonları əvəz edəcək? - İlon Maskdan iddialara SƏRT REAKSİYA

Süni intellekt smartfonları əvəz edəcək? - İlon Maskdan iddialara SƏRT REAKSİYA

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

Zərdabda su arxında meyit tapıldı

Zərdabda su arxında meyit tapıldı

Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO

Tünzalə Əliyevanın qardaşı vəfat etdi - FOTO

Qəbul imtahanı sona çatdı - 11 nəfərdə telefon aşkarlandı

Qəbul imtahanı sona çatdı - 11 nəfərdə telefon aşkarlandı

DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO

DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO

Ukraynadan Belqoroda dron hücumu: Rayon rəhbəri yaralandı

Ukraynadan Belqoroda dron hücumu: Rayon rəhbəri yaralandı

Trampın televiziyadakı "rekursiya"sı: Həm izləyir, həm izlənilir - VİDEO

Trampın televiziyadakı "rekursiya"sı: Həm izləyir, həm izlənilir - VİDEO

Bal alarkən aldanmamaq üçün bunları bilin: Vacib məsləhətlər

Bal alarkən aldanmamaq üçün bunları bilin: Vacib məsləhətlər

Texas səmasında möhtəşəm şou: 2500 dronla müstəqillik bayramı qeyd olundu - VİDEO

Texas səmasında möhtəşəm şou: 2500 dronla müstəqillik bayramı qeyd olundu - VİDEO

"Arzum"un səhhəti pisləşdi

"Arzum"un səhhəti pisləşdi

"OPEC+" ölkələri razılığa gəldi

"OPEC+" ölkələri razılığa gəldi

Ukrayna ordusu ötən ay 200 mindən çox Rusiya hədəfinə zərbə endirib - FOTO-VİDEO

Ukrayna ordusu ötən ay 200 mindən çox Rusiya hədəfinə zərbə endirib - FOTO-VİDEO

SABAHIN HAVASI: Külək əsəcək, yağış yağacaq, dolu düşəcək

SABAHIN HAVASI: Külək əsəcək, yağış yağacaq, dolu düşəcək

Avropa Kuboku: Cüdoçumuz gümüş medal qazandı - FOTO

Avropa Kuboku: Cüdoçumuz gümüş medal qazandı - FOTO

Çin və Rusiya birgə hərbi təlimlərə başlayır - Mühüm detallar açıqlanmır

Çin və Rusiya birgə hərbi təlimlərə başlayır - Mühüm detallar açıqlanmır

Mexikoda görünməmiş təhlükəsizlik tədbirləri: Bir oyuna 7,5 min polis nəzarət edəcək

Mexikoda görünməmiş təhlükəsizlik tədbirləri: Bir oyuna 7,5 min polis nəzarət edəcək

Rusiya Müdafiə Nazirliyi: Ötən gecə 71 PUA məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Ötən gecə 71 PUA məhv edilib

Arıqlamaq üçün həftəsonu nə etmək lazımdır?

Arıqlamaq üçün həftəsonu nə etmək lazımdır?

Aleksandr Plyuşenko Azərbaycan yığmasına keçidini şərh etdi

Aleksandr Plyuşenko Azərbaycan yığmasına keçidini şərh etdi

End of content

No more pages to load

RADİO