İyulun 4-də keçirilən seçki qurultayında "Ədalətli Rusiya" partiyası Dövlət Dumasına seçkilərlə bağlı namizədlər siyahısını müəyyənləşdirib. Partiya hazırda parlamentdə təmsil olunan 27 deputatdan yalnız 17-sini yenidən namizəd göstərib.
Partiyanın ümumi federal siyahısına aşağıdakı şəxslər daxil edilib:
Partiya sədri Sergey Mironov.
Duma sədrinin müavini Aleksandr Babakov.
Deputat Marina Kim.
Xüsusi hərbi əməliyyat (XHE) veteranı Oleq Çernışev.
Bununla yanaşı, 2026-cı il seçki kampaniyasından kənarda qalanlar arasında tanınmış aktyorlar Yelena Drapeko və Nikolay Burlyayev də var. Həmçinin, 2021-ci il seçkiləri ərəfəsində "ədalətli"lərə qoşulan iki partiyanın nümayəndələri də bu dəfə siyahıya daxil edilməyib.
Bizim.Media