Rusiya Federasiyası Müdafiə Nazirliyi ötən gecə ölkə ərazisində həyata keçirilən hava hücumları ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, Rusiya bölgələri üzərində havadan müdafiə (PVO) qüvvələri tərəfindən ümumilikdə 71 pilotsuz uçuş aparatı (PUA) aşkar edilərək məhv edilib.
Qeyd olunur ki, sözügedən aparatlar müxtəlif bölgələrin hava məkanına daxil olmağa cəhd göstəriblər.
Bizim.Media