ABŞ-ın Texas ştatında ölkənin müstəqilliyinin 250 illiyinə həsr olunmuş özəl tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, bayram şənliyi çərçivəsində səmanı işıqlandıran 2500 dronun iştirakı ilə unudulmaz şou nümayiş etdirilib.
Yüksək texnologiyalı dronlar vasitəsilə gecə səmasında müxtəlif fiqurlar və görüntülər yaradılaraq bayramın əhəmiyyəti vurğulanıb.
Sözügedən nümayiş həm yerli əhali, həm də qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Bizim.Media