“12 illik təhsil sistemi çox faydalıdır, ləyaqətli insanların əlində olsa..."

“12 illik təhsil sistemi çox faydalıdır, amma ləyaqətli insanların əlində və imkanında olsa”x9d.

Bunu Moderator.az-a açıqlamasında professor Əjdər Ağayev ölkəmizdə 12 illik təhsil sisteminə keçidə münasibət bildirərkən deyib. 

Ə.Ağayev 12 illik təhsil sisteminin müsbət tərəflərini sadalayıb: “Dünyanın əksər ölkələrində 12 illik təhsil tətbiq olunur. Amerikada da, Türkiyədə də, qonşumuz Gürcüstanda da  təhsil 12 illikdir. Azərbaycan təhsili də dünya təcrübəsinə inteqrasiya edir. Bizim şagirdlərimiz 11 illik təhsili bitirəndən sonra başqa ölkələrə ali təhsil almaq üçün gedirlər. Başqa ölkələrdə də baxırlar ki, şagirdlərimiz 11 il təhsil alıb, bəs bunun bir ili hardadır. Və bu da narazılıq yaradır, bəzi hallarda dünya standartlarına uyğun olmadığı üçün bizim məzunlarımızı ali məktəblərə götürmürlər. Qabaqcıl dünya ölkələri ilə ayaqlaşmaq üçün, təhsil almanın, təhsil vermənin, qəbulun, hətta bitirdikdən sonra işləmənin belə uyarlığını yaratmaq üçün həmin təhsil sisteminə müddət baxımından da uyğunlaşmalıyıq. 12 illik təhsilə keçməyin ən birinci əhəmiyyəti də bundan ibarətdir. Yəni dünya sisteminə uyğunlaşırıq. İkinci əhəmiyyəti isə ondan ibarətdir ki, bu gün dərinləşdirilmiş təmaüllü, yəni ixtisas yönümlü orta məktəblər yaradılır. Artıq 50-dən çoxu var və gələcəkdə bunun sayı artacaq, respublikada geniş yayılacaq. 12 illik təhsil həmin dərinləşdirilmiş təhsilə də kömək edir. Artıq üç (10, 11, 12) sinif müəyyənləşdiriləcək ki, dərinləşdirilmiş məktəblərdə xüsusi fəndlər öyrədiləcək. Və bu da imkan verəcək ki, şagirdlər konkret fənlər üzrə biliklərini dərinləşdirsinlər, seçəcəkləri ixtisasın yönümünü müəyyənləşdirsinlər. Bu baxımdan 12 illik təhsil çox əhəmiyyətlidir”x9d.

Ekspert 12 illik təhsil siteminin əleyhinə olanların fikirlərinə də münasibət bildirib: “İndi bəziləri fkirləşir ki, 12 illik təhsilə keçdikdən sonra repititorluq sıxışdırılacaq, çünki bu işi də məktəb özü edəcək. Amma burada bir şans var ki, əgər dərinləşdirilmiş məktəblər çox güclü müəllimlərlə, tədris avadanlığı ilə, texniki imkanlarla təchiz olunubsa, bu zaman başlıca yerdə müəllim qüvvəsi dayanır. Əgər o müəllimlər həqiqətən öyrədicidirsə, o zaman çox faydalı olacaq. Yox, əgər forma varsa, forma mexanizmi farsa, onun mexanizmini həyata keçirən, hədəfə çatmaq üçün çalışan müəllim yoxdursa, onda 12 il yox, lap 15 il olsa da heç bir əhəmiyyəti olmaz. 

12 illik təhsil sisteminin əleyhdarları da var. Xüsusən də qız ataları deyirlər ki, qızımız 12 il orta məktəbdə oxuyacaq,  10 il Tibb Universitetində. Bu oxumaqla hara gedib çıxarıq. Ancaq nə edək ki, dünya bu sistemlə qurulubdur. Bunun bir müsbət tərəfi də odur ki, bir növ pas atmış, şablona dönmüş, hamının tənqid etdiyi sistemdən yeni bir mərhələyə keçiddir. Bu yeni keçidlərdə yeni yanaşmalar təhsil haqqında deyilən tənqidi fikirlərin azalmasına kömək edər. Amma burada da yenə də müəllim faktoru, oxuyan, oxudan,  ləyaəqtli faktoru əsasdır. Əgər elə olmasa, təmənna olsa, yalandan qiymət yazma olsa bizim bu boyda cəhdimiz öz effektini verə bilməz”x9d. 

Qeyd edək ki, Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılır. Eyni zamanda, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik ediləcək.

Rumiyyə 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Fransa klubunun futbolçusu “Sabah”da

Fransa klubunun futbolçusu “Sabah”da

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

End of content

No more pages to load

RADİO