Səxavət Soltanlı Moderator.az-a açıqlamasında bildirib ki, belə deyənlərin hər biri istisnasız olaraq məhv olublar, amma Müsavat hələ də mütərəqqi dəyərlər uğrunda fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, Tural Abbaslı həddindən artıq gənc olduğu üçün bunları bilməyə bilər: "Müsavat Partiyası ölkəni xilas etməyi qarşıya məqsəd qoyub. Dövləti xilas edəcəyik, amma mənəvi intihar edənlərin taleyi yalnız bizdən asılı deyil. Allah onlara da kömək olsun. Müsavata münasibətdə ya məhv olanlar bu ritorikanı seçir, ya da bu ritorikanı seçənlər məhv olur. Bu məsələdə də jurnalistlər araşdırma aparsalar maraqlı mənzərə ilə qarşılaşarlar".