MTN şefinin “Sumqayıt camaatı”x9dnın liderləri ilə əlaqələri üzə çıxıb...

MTN şefinin “Sumqayıt camaatı”x9dnın liderləri ilə əlaqələri üzə çıxıb

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmasından sonra  yerli mediada MTN rəhbərliyi tərəfindən yol verilən qanunsuzluqlar, cinayət hadisələri tədricən üzə çıxır. Proseslərin gedişatı göstərir ki, ifşa mərhələsi davam edəcək.   Sabiq MTN rəhbərinə ittihamlar sırasında radikal dini cərəyanların ölkədə şəbəkələşməsinə göz yummaq, konkret olaraq radikal təmayülli vəhhabilərdən xərac almaq, onlara faktiki olaraq “krişalıq”x9d etməsi də var.  

Hələ bir neçə il əvvəl “Yeni Müsavat”x9d xüsusi xidmət orqanlarının Yaxın Şərqdə savaşlara qatılmaq üçün gedənlərə göz yumduğunu yazmışdı. Həmin məlumatda qeyd olunurdu ki, təhlükəsizlik orqanlarındakı mənbə bir çox radikal dindarın gedəcəyi haqda məlumatlı olduqlarını, ancaq onların ölkəni tərk etməsinə göz yumulduğunu bildirmişdi. Həmin vaxt bu məlumat hökumətin radikal dindarların ölkədən getməsində maraqlı olması kimi yozulmuşdu. 

Lakin jam.az saytı yazır ki, MTN rəhbərliyi radikal dindarları himayə edib, vəhhabilərin mövqelərini möhkəmləndirmək üçün onların öz aralarındakı “razborkalara”x9d şərait yaradılıb: “Məsələn, 2013-cü ilin dekabr ayında Sumqayıtdakı ”x9dSoltan" kafesində baş vermiş 2 vəhhabi dəstəsi arasında qanlı atışma da məhz bu “razborka”x9dnın təzahürlərindədir. Hələ həmin vaxt məsələni araşdırmağa cəhd etdiyimizdə polis orqanlarından belə bir məlumat sızdırılmışdı ki, atışmanı törədən qrup haqqında əvvəlcədən məlumat olsa da, prosesə müdaxilə etməmək göstərişi məhz MTN-dən gəlibmiş". 


O da bəlli olub ki, Azərbaycanı “kafirlər diyarı”x9d hesab edən Sumqayıtda ən radikal dini qruplardan birinə elə sabiq MTN şefi Eldar Mahmudovun yaxın qohumu başçılıq edib. 
Bildirilir ki, “Sumqayıt camaatı”x9dnın sərbəst hərəkət etməsi, dəstələr formalaşdıraraq Suriya və İraqa yola salmasına göz yumulması təsadüfi olmayıb. “Bunu təsdiq edən fakt kimi isə DİN tərəfindən ötən il keçirilmiş əməliyyatı göstərmək olar. Belə ki, həmin vaxt DİN-in keçirdiyi əməliyyat zamanı lSumqayıt camaatı»nın lideri, şəhərin baş vəhhabisi Zöhrab Şıxəliyevin yaxını, məhz sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi nəvəsi Yalçın Mahmudov həbs olunur. Yalçın Mahmudov Sumqayıtda vəhhabiliyin geniş təşəkkül tapması, onların sərbəst hərəkət etməsi, onların «müvafiq qurumlarla» olan problemlərinin «çözülməsinə» vasitəçilik edib”x9d.

Sabiq nazirin yaxın qohumu radikal dindar imiş

Məlumata görə, “Soltan”x9d kafesində baş vermiş qanlı “razborka”x9dnın arxasında daha bir özəl məqam isə Sumqayıtdakı bəzi radikal qrupların nazirin əmisi nəvəsinə “biət”x9d etməməsi olub. Bu səbəbdən də onları cəzalandırıblar. Həmçinin MTN-in o vaxtkı rəhbərliyi bununla digər ipə-sapa yatmayan qruplara da gözdağı verib ki, onların da başına analoji oyunu aça bilərlər. Əldə olunan məlumatlara görə, xüsusən Sumqayıtdakı vəhhabilər toxunulmaz kastaya çevrilibmiş. 

Məhz bu səbəbdəndir ki, bu barədə məlumat əldə edən DİN əməliyyatlar keçirərək, ölkənin təhlükəsizliyinə təhdid olan qruplaşma üzvlərini həbs etsə də, sonradan MTN-in dəstəyi ilə onlar azadlığa buraxılır. Bu möcüzəli “xilas”x9dın ən bariz nümunəsi isə evində gizli toplantı keçirən, silah-sursat aşkarlanan, hüquq-mühafizə orqanları tərəfindən həbs olunan Zöhrab Şıxəliyevin 6 aydan sonra azadlığa buraxılması idi. O, MTN-in gözü qarşısında Sumqayıtda özünə villa adıyla qeyri-qanuni məscid inşa etdirmişdi. Ancaq həmin vaxt həbs olunan Zöhrab Şıxəliyev sonradan MTN-in başbilənlərinin sayəsində azadlığa çıxa bildi", deyə, saytın xəbərində bildirilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

End of content

No more pages to load

RADİO