- Adil müəllim, ötən müsahibəmizdə Milli Təhlükəsizlik Nazirliyində kütləvi rüşvət və korrupsiya cinayətlərinin aşkar edilməsi məsələsinə toxunarkən Siz cəmiyyət üçün çox aktual olan bu ciddi mövzu ətrafındakı rəy və təklifləri aidiyyəti ünvana çatdırmağımızı bizim qarşımızda şərt kimi irəli sürmüş və mövzunu açıq saxlamışdınız. Biz belə fikirdəyik ki, hazırkı vaxtda ən böyük problərimizdən biri olan rüşvət və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və ictimaiyyətin də bu mübarizəyə aktiv cəlb edilməsi üçün bu mövzuda müzakirələri davam etdirək və müzakirələrdə səslənən dəyərli fikirlərin aidiyyəti ünvana çatdırılmasına nail olaq. Sizin də qeyd etdiyiniz kimi bu mövzuda çox deyilir və çox yazılır. Əsas məqsədimiz deyilənləri bu və ya digər formada təkrar etmək deyil, məhz bu ictimai bəlaya qarşı mübarizəyə kömək etmək, bu mübarizənin daha təsirli, nəticəli olması yollarını tapmaqdır.
Keçən müsahibədə bu istiqamətdə bəzi fikirlərinizi bildirmişdiniz, xahiş edərdik ki, söhbətimiz məhz bu istiqamətdə davam etdirilsin.
- Müsahibəyə giriş olaraq oxuculara bildirim ki, ən sadə oxucu da “həyat təcrübəsindən“ rüşvətin nə olduğunu, hətta bəzi hüquqşünaslardan da yaxşı bilirlər. Ancaq forma və məzmunca oxşar, bəzən eyni mənanı ifadə edən fikir kimi “rüşvət”x9d sözü ilə bir yerdə işlədilən ”x9dkorrupsiya”x9d sözünün mənasını isə hamı dəqiq ayırd edə bilmir. Rüşvət cinayətinin (ictimai təhlükəli əməl) anlayışı çox qədimlərə gedib çıxır və bunun ilkin olaraq harada, kim tərəfindən işləndiyini heç kim deyə bilməz. Ancaq yazılı mənbələrdə ilk dəfə eramızdan 2400 il əvvəl Şumer çarı Laqaşın ünvanına işlədilmişdir. Latın dilində “corrumpere”x9d sözündən yaranmış bu ifadə müxtəlif dillərdə və müxtəlif cinayət məcəllələrində həm yazılışına-deyilişinə, həm də məna açılışına görə-ərimə, çürümə, ələalma və sairə kimixa0 işlədilmişdir.
Azərbaycanlılar üçün bu sözün ilkin yazılı forması günah əməl kimi Müqəddəs Qurani Kərimdən tanışdır və orada təxminən belə ifadə olunmuşdur: “Bir-birinizin əmlakını qanunsuz yolla əldə etməyin və hakimləri ələ almağa çalışmayın”x9d. Hüquq ədəbiyyatında isə ilk dəfə “vəzifəli şəxsin (dövlət qulluğunda olan şəxs nəzərdə tutulur) səlahiyyətlərindən öz maraqları üçün əxlaqa və qanuna zidd olaraq başqa şəxsin xeyrinə istifadə etməsi”x9d tövsifedici əlamət kimi qeyd olunmuşdur. Sonralar bir çox dövlətlərin qanunvericiliyində, hətta eyni dövlətin müxtəlif dövrlərdə qəbul etdiyi qanunlarda bu cinayətin tövsifedici əlamətləri fərqli izahlarla ifadə olunsa da zənnimcə elə qeyd etdiyimiz ilkin izah bu əməlin mahiyyətini dəqiq anlamağa kifayət edir.
"Rüşvət almaq pis əməldir, lakin hakimiyyət üçün, dövlət üçün, xalq və onun inkişafı üçün böyük təhlükə yaratmır, amma..."
Rüşvət hər bir dövlətdə hər zaman əxlaqa və qanuna zidd olan əməl kimi qiymətləndirilib, lakin dövlətin yarandığı vaxtdan əvvəl də mövcud olub və demək olar ki, bunun qarşısını “yüzdə-yüz“ almaq mümkün deyil. Hətta biz “Osmanlı tarixindən”x9d Avropanın canına qorxu salan Piri Paşanın (Piri Rəis), “Sədr Əzam”x9d (Baş Vəzir) Mehmet Baltaçıoğlu kimi böyük dövlət adamlarının rüşvət aldıqlarına görə vəzifələrindən alındığı və qətlə yetirildiklərini də xatırlayırıq. Dediklərim heç də rüşvətə haqq qazandırmaq anlamına gəlmir. Qeyd edim ki, bunların hər biri yalnız bir dəfə rüşvət aldıqlarına görə bu cəzaya məruz qalıblar. Bunları ona görə izah edirəm ki, hansısa məmurunsa, hətta yüksək rütbəli məmurun da ayrı-ayrılıqda nə vaxtsa rüşvət alması faktı pis əməldir, cəzalandırılmalı olan cinayətdir, lakin hakimiyyət üçün, dövlət üçün, xalq və onun inkişafı üçün böyük təhlükə yaratmır. Bunların hamısı üçün təhlükəni, hətta qaçılmaz olan təhlükəni KORRUPSİYA YARADIR!
- Xahiş edirik, oxucularımız üçün də rüşvətlə korrupsiyanın fərqini izah edəsiniz.
- “Korrupsiya”x9dnın mənası da hüquqi ədəbiyyatda geniş, fərqli terminlərlə ifadə olunur. Lakin mən bu terminlər içərisindən mahiyyəti əsas götürərək, oxucular üçün də daha aydın olması üçün öz təbirimlə belə ifadə edirəm: “Dövlət strukturunda rüşvət aşağıdan yuxarı elə yayılır ki, artıq hakimiyyətin digər qurumları rüşvətlə mübarizə aparmır, rüşvət alanı müdafiə edir”x9d. Mən bu mərhələni rüşvətin son və qorxulu mərhələsi kimi qiymətləndirirəm!!!
"Bizdə vəziyyət rüşvət və onun yayılması mərhələsini çoxdan keçib. Artıq söhbət Korrupsiyanın genişlənməsindən gedir"
- Bizdəki vəziyyəti hansı səviyyədə qiymətləndirirsiniz?
- Dövlət başçısının son illərdə bu mübarizədə nümayiş etdirdiyi ardıcıl və davamlı fəaliyyət, işlətdiyi kəskin ifadələr (mən müsahibədə nə vaxt həmin ifadələrdən istifadə etdiyimi Sizə xatırladacam, onları fərqli şriftlərlə verərsiniz) və ən nəhayət, aşkar edilmiş ilginc faktlar onu göstərir ki, bizdə vəziyyət rüşvət və onun yayılması mərhələsini çoxdan keçib. Artıq söhbət Korrupsiyanın genişlənməsindən gedir. Yeri gəldiyi üçün ötən müsahibədə işlətdiyim bir fikri yenə də qeyd edirəm. Xalq bu gün ortaya çıxarılanlardan daha artığını uzun müddət bundan əvvəl bilirdi. Sirr deyil ki, “Allahın verdiyi hər gün”x9d adları indi istintaqda çəkilən və hələ çəkilməyən məmurlar “qrafik”x9d və “obyektlər”x9d üzrə bölünərək neçə-neçə vətəndaşı, biznesmeni, hətta digər məmurları “məhşər ayağına çəkirdilər“ və... Hüquq mühafizə orqanları bunları “eşitmir”x9d və “görmürdülər”x9d. Əgər prezidentin şəxsi müdaxiləsi, onun mühafizə xidmətinin çevikliyi və bacarığı olmasaydı hələ də davam etməkdəydi! Axı bu necə ola bilir?! Məgər bütün sahələrdəki problemləri prezident həll etməlidir? Prezident polisdir, müstəntiqdir, prokurordur, məhkəmədir?! Əgər Prezident bunların da əvəzinə çalışacaqsa, onda dövlətin daxili-xarici siyasəti, iqtisadiyyatı, təhlükəsizliyi... kimi çoxsaylı dövlət məsələləri ilə kim məşğul olmalıdır?! Bu orqanlar onların vəzifə səlahiyyətlərinə bilavasitə daxil olan bu problemlərlə, hətta avtoxuliqanlarla belə yalnız və yalnız prezidentin müdaxiləsindən sonra məşğul olmağa başlayırlar. Lazımi vaxtda tələb olunan işlə məşğul olmamaq kifayət etmir, hətta bir-birlərini müdafiə etmək üçün Prezidentə yanlış məlumatlar verməkdən də çəkinmirlər. Mən bir vəziyyəti xəyalıma gətirirəm ki, əgər Prezident digər bir sahədəki cinayət əməlləri barədə məlumat toplayıb tədbir görməyə başlasaydı, o zaman ironik bir səhnə yaranacaqdı- MTN kənarda qalacaqdı və bu gün cinayətlərdə adı hallanan həmin yüksək rütbəli şəxslər “sədaqətli cəngavər”x9d obrazında digər rüşvərxorlarla “can-başla”x9d mübarizəyə qoşulacaqdılar... Məgər oktyabrın 10-dan sonra daha heç bir yerdə heç bir məmur rüşvət almayıb və almır, yoxsa yenə də prezidentin növbəti müdaxiləsinə qədər “görməz və eşitməz “ olacaqlar?! Ancaq unutmasınlar, dövlət başçısı da mövqeyini qətiyyətlə ortaya qoyub, xalq da bunun belə olacağına əmindir: “Heç kim qanun qarşısında imtiyazlara sahib deyil, hər kəs törətdiyi əməllərə görə qanun qarşısında cavab verəcək!”x9d
Artıq vəziyyət əvvəlki vəziyyət deyil və olmayacaq. Məncə, xalqın fikrini bir daha həmin məmurlara çatdırmaq vaxtıdır- ayılın və nəticə çıxarın, nə qədər gec deyil!
“Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa,
Hələ ki, vaxtımız var durulmağa...”x9d
Hörmətli şairimiz Musa Yaqubun “ Bir sabah sənindir, bir sabah mənim “ şerindən iqtibas etdiyim bənddə nöqtələrlə tamamlamadığım hissəsini öz sözlərimlə belə tamamlamaq istəyirəm ki, xalq həmişə alicənabdır, humanistdir, əfvə sığınan və düz yola gələni bağışlaya bilər!
Bunun həm də mənəvi, hüquqi-siyasi yolları da var ki, gələcək müsahibəmizdə rüşvət və korrupsiyaya qarşı mübarizənin yolları və onun effektivliyi məsələlərinə toxunarkən bu barədə də danışarıq...
- Müsahibəyə görə təşəkkürlər edirik...
Asif Mərzili