“Tahir Salahov öləndən sonra dövlətimiz icazə verdi ki, onun əllərini əbədiləşdirək” - FOTOLAR

““Danışan əllər” layihəsinə mən Kənan Əliyevlə birgə başlamışam. Bu layihədə canlı əfsanələrin, tanınmış şəxsiyyətlərin əlləri əbədiləşdirilir və kolleksiyada saxlanılır. Bu ideya müharibə ərəfəsində yarandı. Radioda aparıcı tez tez cənab prezidentin dəmir yumruq siyasətindən danışırdı. Qərara gəldik ki, yeni bir əllər layihəsi edək. İlk olaraq da vətən müharibəsi qəhrəmanlarının əllərinin formasını çıxartmaq istədik. Hətta bir qəhrəmanımız gəlmişdi, onun ümumiyyətlə biləyi yox idi. Biri də gəlmişdi, barmaqlarından sadəcə biri qalmışdı”.
 
Bunu Moderator.az-a açıqlamasında hekyəltəraş Namiq Hüseynov deyib.
“Daha sonra istədik ki, bu layihəni daha geniş şəkildə davam etdirək. İnsanların əlləri həqiqətən də danışır. Hər kəs öz sənətinə uyğun olaraq. Dirijorun əli bir başqa cür, müğənninin əli bir başqa, aktyorun da əli tamam başqa cür danışır. Tanınmış şəxsiyyətlərdən ilk olaraq xalq şairi Nəriman Həsənzadə ilə görüşdük. Onun 90 illik yubileyi idi. Birinci dəfə əlinin formasını çıxartmaq alınmasa da, ikinci dəfə buna nail olduq. Biz Albert Mustafayevin əllərinin formasını çıxaranda dedi ki, “bu steklə mən “Bəhramgur” əsərini işləmişəm”. Arif Babayevin əllərini qaval tutan formada çıxardıq. Əlibaba Məmmədovun da əlinin formasını çıxardıq. Allah rəhmət etsin. Sənətkarlardan Şəfiqə Məmmədova, Rasim Balayev, Fəxrəddin Manafov, yazıçı Anar, Çingiz Abdullayev, Elçinin əllərinin formasını çıxartmışıq” deyə heykəltəraş deyib.
Namiq Hüseynov xalq rəssamı, dünya şöhrətli rəssam Tahir Salahovun əllərinin formasını sənətkarın vəfatından sonra əbədiləşdirdiklərini bildirib.
“Tahir Salahovla biz sağlığında danışırdıq. Hətta təklif etdi ki, “Bakıya gələ bilmirəm, siz Moskvaya gəlin”. Elə oldu ki, Tahir Salahov rəhmətə getdi. Bizim layihə üçün Tahir Salahovun əllərinin olması önəmli idi. Sağ olsun dövlətimiz icazə verdi, dəstək oldu, öləndən sonra onun həm maskasını, həm əllərinin formasını çıxardıq. Yaşlı insan idi, həm də cansız əllərin formasını çıxarmaq çox çətinliklə başa gəlir. Gələcəkdə layihəni genişləndirmək və dünyanın ilk əl muzeyini yaratmaq niyyətindəyəm” deyə heykəltəraş bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Bu ərazidə suyun verilişi bərpa olundu

Bu ərazidə suyun verilişi bərpa olundu

End of content

No more pages to load

RADİO