Aprelin 5-də axşam saatlarında Moskvanın mərkəzində Rusiya Müdafiə Nazirliyinin binalarından birində yanğın baş verib.

Moderator.az İsrail mediaısına istinadla xəbər verir ki, bu barədə Rusiya KİV və telegram-kanalları məlumat yayıb.
"TASS" -ın verdiyi məlumata görə, Znamenka küçəsi 19 ünvanında MN-nin binalarından birində yanğın baş verib.
“Üçüncü mərtəbənin pəncərəsindən intensiv yanma müşahidə olunur”, - deyə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
Yanğının səbəbi məlum deyil. Binadan qatı qara tüstü çıxır. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Sultan Laçın